Fransa səfiri Azərbaycan sərhədində yenə “boy göstərir” Rəsmi Bakı xəbərdarlığını edib... AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini təxribaçı missiyasını davam etdirir.
“AzPolitika” erməni telegram kanallarına istinadla xəbər verir ki, səfir yenə Azərbaycan sərhədinə gələrək müşahidələr aparıb.
Dekotinin səfəri ilə bağlı Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası açıqlama yayıb. "Fransanın Ermənistandakı səfirini qərargahda qəbul etmək bizim üçün böyük şərəfdir", - Aİ-nin Ermənistandakı missiyasının məlumatında qeyd olunur.
O da bildirilir ki, səfirə missiyanın fəaliyyəti barədə məlumat verilib. Diplomat missiyanın fəaliyyətini yerlərdə müşahidə etmək üçün Xaçık kənd patruluna qoşulub.
Xatırladaq ki, rəsmi Bakı dəfələrlə Aİ missiyasının və onun “qonaqlarının” Azərbaycanla sərhəddəki fəaliyyətlərinin arzuolunmaz olduğunu bəyan edib. Qeyd olunur ki, bu missiya Azərbaycanın razılığı olmadan fəaliyyət göstərir və iki ölkə arasında hazırda davam edən sülh prosesinə əngəllər yaradır.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Aİ missiyasının Ermənistanda fəaliyyətinin davam etdirilməsinə hər hansı zərurət yoxdur, çünki 2023-cü il 19 sentyabrda Qarabağda keçirilmiş antiterror əməliyyatından sonra şərti sərhəddə hər hansı gərginlik, davamlı atəşkəs pozuntuları olmayıb. Ara-sıra bu cür təxribatlar Ermənistan hərbçiləri tərəfindən törədilsə də lokal xarakter daşıyıb.
Azərbaycan Ermənistanla sülh müqaviləsinin və münasibətlərin normallaşması prinsipləri sırasında Ermənistanın Qərb ölkələri tərəfindən silahlandırılmasının dayandırılması ilə yanaşı Aİ missiyasının fəaliyyətinin ləğv olunmasını da göstərir. Ammma İrəvan Bakının bu tələblərini qulaqardına vurur, Fransa isə birtərəfli qaydada Aİ missiyasının səlahiyyətinin, mandatının genişləndirilməsinə çalışır. Gələn ilin fevralında Ermənistana yeni hərbçilərin, texniki avadanlıqların göndərilməsi gözlənilir. O zaman Bakı daha sərt və qərarlı mövqe nümayiş etdirə, sözügedən missiyanın dayandırılmasını sülh müqaviləsinin əsas şərtlərindən birinə çevirə bilər.
Rasim Əliyev
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 09 Dekabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















