Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Anti-Azərbaycan mövqeyi ilə seçilən Olivye Dekotinin Xaçik kəndinə də düşmənçilik toxumu səpdiyi dəqiqdir “Avropalıların və hər şeydən əvvəl fransızların öz geosiyasi məqsədlərinə çatmaq üçün regional gərginliyin saxlanmasında maraqlı olduqlarını düşünməyə bütün əsaslar var”.
Bunu mətbuata açıqlamasında Rusiyanın XİN sözçüsü Mariya Zaxarova bildirib.
O, sözünə davam edərək deyib: “Biz dəfələrlə Yelisey sarayının Ermənistan-Azərbaycan münaqişəsini və ziddiyyətləri qızışdırmaq bahasına vasitəçilik səyləri tətbiq etmək cəhdlərinin şahidi olmuşuq.
2022-ci ildə ATƏT-in Minsk Qrupunun işini sabotaj etmək və faktiki olaraq dağılmasına görə məsuliyyətin mühüm payı məhz fransızların üzərinə düşür”.
Qeyd edək ki, ötən həftə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri, anti-Azərbaycan mövqeyi ilə seçilən Olivye Dekoti də Azərbaycanla sərhədə gəlib.
Fransanın humanitar yardımının göstərilməsi proseslərini yerində qiymətləndirmək üçün Vayots Dzorda olub.
Səfir X sosial şəbəkəsində bu barədə yazıb, buranı Ermənistan ərazisinin əsas və strateji əhəmiyyətli hissəsi kimi qeyd edib.