Icma.az
close
up
RU
Fransa səfiri Naxçıvanla sərhədə silah aparıb?

Fransa səfiri Naxçıvanla sərhədə silah aparıb?

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Anti-Azərbaycan mövqeyi ilə seçilən Olivye Dekotinin Xaçik kəndinə də düşmənçilik toxumu səpdiyi dəqiqdir

“Avropalıların və hər şeydən əvvəl fransızların öz geosiyasi məqsədlərinə çatmaq üçün regional gərginliyin saxlanmasında maraqlı olduqlarını düşünməyə bütün əsaslar var”. Bunu mətbuata açıqlamasında Rusiyanın XİN sözçüsü Mariya Zaxarova bildirib.

O, sözünə davam edərək deyib: “Biz dəfələrlə Yelisey sarayının Ermənistan-Azərbaycan münaqişəsini və ziddiyyətləri qızışdırmaq bahasına vasitəçilik səyləri tətbiq etmək cəhdlərinin şahidi olmuşuq. 2022-ci ildə ATƏT-in Minsk Qrupunun işini sabotaj etmək və faktiki olaraq dağılmasına görə məsuliyyətin mühüm payı məhz fransızların üzərinə düşür”.

Qeyd edək ki, ötən həftə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri, anti-Azərbaycan mövqeyi ilə seçilən Olivye Dekoti də Azərbaycanla sərhədə gəlib. Fransanın humanitar yardımının göstərilməsi proseslərini yerində qiymətləndirmək üçün Vayots Dzorda olub. Səfir X sosial şəbəkəsində bu barədə yazıb, buranı Ermənistan ərazisinin əsas və strateji əhəmiyyətli hissəsi kimi qeyd edib. Səfərdə əsas diqqət bir neçə istiqamətə yönəldilib: sərhədyanı yaşayış məntəqələrində vəziyyət, Fransanın əhalinin həssas qruplarına dəstəyi, mədəni irsin qorunması. Səfir Naxçıvanla sərhəddə yerləşən Xaçik kəndində də olub. O vurğulayıb ki, Fransanın dəstəyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi kənd təsərrüfatı işlərinin davamlılığını təmin etmək üçün kəndin fermerlərini buğda toxumu ilə təmin edir. Səfir qeyd edib ki, 100-ə yaxın ailə üçün nəzərdə tutulan 20 ton toxum verilib. Fransanın anti-Azərbaycan isterikasının artdığı bir vaxtda səfirin humanitar yük altında sərhədə silah aparmasını da istisna etmək olmaz. Zatən Fransa son illər Ermənistanda ancaq Azərbaycana qarşı düşmənçilik toxumu səpir...

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, bu bölgənin söz sahibi Azərbaycandır və bunu hər kəs anlamalıdır: “Afrikadan qovulmuş Fransanın Cənubi Qafqazda mövqe formalaşdırmaq, burada əsaslanmaq cəhdlərini anlamaq mümkündür. Fransanın Ermənistan və ya erməni sevgisi yoxdur. Bu dövlət erməniyə də, onun Cənubi Qafqazdakı dövlətciyinə də regionda özünün iqtisadi və biznes maraqlarını reallaşdırmaq üçün bir alət kimi baxır”.

Azər Badamov

Deputat Azər Badamovun sözlərinə görə, Ermənistan tərəfi nə qədər silahlandırılsa da, erməni silahlıları Azərbaycan Ordusu ilə üz-üzə gəlib müharibə apara biləcək səviyyəyə heç vaxt gəlməyəcək: “Fransa regionumuzda sülhə təhdid yaradan pozuculuq fəaliyyəti ilə məşğul olmaqda davam edir. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan sülhlə bağlı fikirləri ictimaiyyətə açıqladığı bir zamanda Fransanın Ermənistandakı səfiri Olivye Dekoti Zəngəzura, Azərbaycanla sərhədə gəlir və orada təxribatların keçirilməsi ilə bağlı planları müzakirə edir. Olivye Dekoti Avropa İttifaqının casusları ilə də görüşür və Ermənistan tərəfindən həyata keçirilən atəşkəsi qeydiyyata almamağı və Azərbaycanı ittiham edə biləcək məlumatları yığmağına tapşırıq verir. O cümlədən buğda toxumu adı altında Zəngəzurda yaşayan sakinlərə də nə paylandığı məlum deyil. Çünki hətta Ermənistan sülhə yaxınlaşmaq istəyəndə onun qabağını alan Fransa hər vasitə ilə yenidən gərginliyin yaradılmasına çalışır. Təbii ki, Olivyenin payladığı humanitar yükün düşmənçilik toxumları olduğuna şübhəmiz yoxdur. Çünki Fransa səfiri heç də səfirlik missiyasını yerinə yetirmir. O, Makron hakimiyyətinin Ermənistanda çirkin niyyətlərinin icraçısıdır. Bu, bir daha Fransanın regiondakı pozuculuq fəaliyyətini təsdiq edir. Amma bütün bunlara baxmayaraq regionumuzda sülhün baş tutacağını hesab edirəm. Çünki Azərbaycan ilk gündən müharibənin başa çatdığını və Ermənistanla münasibətlərə yeni səhifədən başlamağa hazır olduğunu bildirib. Fransa və digərləri yenidən silahlandırsa belə, Ermənistan silahlıları Azərbaycan Ordusu ilə üz-üzə gəlib müharibə apara biləcək səviyyəyə heç vaxt gəlməyəcək. Bu baxımdan Ermənistanın Azərbaycanla sülh bağlamaqdan başqa çıxış yolu yoxdur. Fransa isə Azərbaycanla düşmənçiliyi davam etdirmək əvəzinə özünün müstəmləkəçilik siyasətindən əl çəkməsi üzərində düşünsün. Çünki bu gün bütün dünya xalqlarının azad yaşamaq haqqı var. Dənizaşırı ölkələrin xalqlarının da gözü açılıb və azadlıq nə olduğunu başa düşməyə başlayıblar. Makron hakimiyyəti yaxşı olardı ki, beynəlxalq hüquqa hörmət edib sivil dövlət normalarına əməl etsin. Ona görə ki, başqa xalqları istismar etmək, onların milli resurslarını talan etmək vaxtı çoxdan başa çatıb. Bu baxımdan Makron Fransası dənizaşırı ölkələrin xalqlarının öz hüquqlarının müdafiəsinə qalxmasını Azərbaycanın ayağını yazmamalı və bunun onların təməl hüququ olduğunu qəbul etməlidir”.

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə qeyd etdi ki, Fransa birmənalı şəkildə Ermənistanı böyük bir fəlakətə sürükləyir: “Azərbaycan-Ermənistan münaqişəsindən Fransa öz maraqlarını təmin etmək üçün yararlanır. Fransa səfiri Naxçıvanla sərhəddə toxum gətirməyib. Bu, gözə kül üfürməkdir. Səfir ermənilərə müharibə toxumu səpməklə məşğuldur. Ermənilər Fransanın avantürasına aldanmamalıdırlar. 3 il qabaq Qərbin Ukraynanı qızışdırıb Rusiya ilə müharibəyə cəlb etməsinin və sonda Ukraynanı tək buraxmasının hamımız şahidi olduq. Necə deyərlər, Ermənistan gözü çıxmış qardaşından ciddi nəticə çıxartmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Aprel 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see458

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see287

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see258

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see231

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see211

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see204

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see200

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see194

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see189

Qurbanov: “Buna çox sevinirəm”

17 İyul 2026 02:00see179

ÇSKA ilə oyunlara daha yaxşı hazırlaşmalıyıq, çünki komandada hələ də müəyyən çatışmazlıqlar var Qurban Qurbanov

17 İyul 2026 02:42see178

Küveyt səmasında 32 İran dronu vurulub

17 İyul 2026 02:49see175

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see165

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see165

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see163

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see163

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see160

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see160

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see150

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri