Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa Azərbaycana qarşı təxribat xarakterli və regionda yeni hərbi münaqişəyə xidmət edən addımlarını davam etdirir.“AzPolitika” xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini özünün sosial şəbəkə səhifəsində hazırkı İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin(ostanının) xəritəsini dərc edib.
Ermənistan mətbuatında yer alan həmin paylaşımında Fransa səfiri xəritənin altından “yeganə və təkrarolunmaz” sözlərini yazıb.
Bununla da səfir öz ağlına, səviyəsinə və “tarixi biliklərinə” uyğun olaraq ona işarə edib ki, Qərbi Azərbaycan yalnız İran ərazisində yerləşən eyniadlı vilayətdir.
Yəni, guya indiki Ermənistan ərazisi Qərbi Azərbaycan deyil və səfir öz ağlına uyğun şəkildə bu yolla Azərbaycanın tarixi Qərbi Azərbaycan ərazilərinə dair tezislərinə cavab verməyə çalışıb.
Zatən Azərbaycana qarşı misli görünməmiş qərəzli, həyasızlıq dərəcəsinə çatan ermənipərəst siyasət yürüdən Fransa hakimiyyətini təmsil edən səfirin bu paylaşımı ölkəmizə qarşı növbəti təxribat cəhdidir.
Bununla da danılmaz tarixi həqiqələri təhrif etməyə və Azərbaycan tərəfində qıcıq yaratmağa çalışan Fransa tərəfi regionda hərbi-siyasi vəziyyəti qızışdırmaq məqsədi güddüyünü bir daha ortaya qoyub.
Xatırladaq ki, bir neçə gün öncə Fransanın Azərbaycandakı səfiri bizim XİN-ə çağırılaraq, “diplomatik qulaqburma” ilə mükafatlandırılmışdı.