Icma.az
close
up
RU
FRANSA SƏFİRİNİN XƏRİTƏLİ TƏXRİBATI Olivye Dekotini nə demək istəyirdi? AzPolitika onlayn siyasiictimai qəzet

FRANSA SƏFİRİNİN XƏRİTƏLİ TƏXRİBATI Olivye Dekotini nə demək istəyirdi? AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Azərbaycana qarşı təxribat xarakterli və regionda yeni hərbi münaqişəyə xidmət edən addımlarını davam etdirir.

“AzPolitika” xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini özünün sosial şəbəkə səhifəsində hazırkı İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin(ostanının) xəritəsini dərc edib. Ermənistan mətbuatında yer alan həmin paylaşımında Fransa səfiri xəritənin altından “yeganə və təkrarolunmaz” sözlərini yazıb. Bununla da səfir öz ağlına, səviyəsinə və “tarixi biliklərinə” uyğun olaraq ona işarə edib ki, Qərbi Azərbaycan yalnız İran ərazisində yerləşən eyniadlı vilayətdir. Yəni, guya indiki Ermənistan ərazisi Qərbi Azərbaycan deyil və səfir öz ağlına uyğun şəkildə bu yolla Azərbaycanın tarixi Qərbi Azərbaycan ərazilərinə dair tezislərinə cavab verməyə çalışıb.

Zatən Azərbaycana qarşı misli görünməmiş qərəzli, həyasızlıq dərəcəsinə çatan ermənipərəst siyasət yürüdən Fransa hakimiyyətini təmsil edən səfirin bu paylaşımı ölkəmizə qarşı növbəti təxribat cəhdidir. Bununla da danılmaz tarixi həqiqələri təhrif etməyə və Azərbaycan tərəfində qıcıq yaratmağa çalışan Fransa tərəfi regionda hərbi-siyasi vəziyyəti qızışdırmaq məqsədi güddüyünü bir daha ortaya qoyub. 

Xatırladaq ki, bir neçə gün öncə Fransanın Azərbaycandakı səfiri bizim XİN-ə çağırılaraq, “diplomatik qulaqburma” ilə mükafatlandırılmışdı. Səfirə çatdırılmışdı ki, COP29 ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycanın sədrliyini hədəf alması, BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışları, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsi, Avropa Parlamentində Fransanın səylərilə bu tədbirdəki sədrliyimizi əsassız şəkildə tənqid edən qətnamənin qəbulu və s. kimi təxribatlar qəbuledilməzdir. Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu da səfirin və Parisin diqqətinə çatdırılıb. Ancaq göründüyü kimi, bu kimi tədbirlər, xəbərdarlıqlar və s. kifayət etmir. Fransaya regionda vəziyyətin yeni hərbi qarşıdurmaya qədər qızışması lazımdır və bu zaman onun “himayə etdiyi” Ermənistanı gözləyən aqibət rəsmi Parisi az maraqlandırır…

İrandakı Qərbi Azərbaycan vilayətinə gəlincə, Azərbaycanın qədim tarixi ərazilərinin kiçik tərkib hissəsi olan bu vilayətin ərazisi 38 min kvadrat kilometrə, əsas hissəsi azərbaycanlılardan ibarət olan əhalisi isə 3 milyon nəfərə yaxındır.

C.Məmmədov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri