Fransa sentyabrda BMT TŞ nin Ukrayna üzrə iclasının keçiriləcəyini gözləyir

02.09.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa sentyabrın sonunda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclas keçirəcəyini gözləyir.

APA xəbər verir ki, bu barədə Fransanın BMT-dəki daimi nümayəndəsi Jerom Bonnafon ölkəsinin Təhlükəsizlik Şurasına sədrliyi üzərinə götürməsi münasibətilə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz, təbii ki, Ukrayna ilə bağlı iclasın keçiriləcəyini gözləyirik”, – deyə diplomat bildirib.

Bonnafon qeyd edib ki, BMT Təhlükəsizlik Şurası hər ay Ukrayna ilə bağlı bir və ya iki iclas keçirir.

Bununla belə, Şuranın sentyabr ayı üçün hazırkı proqramında Ukrayna ilə bağlı iclas hələ nəzərdə tutulmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью