Fransa sentyabrda BMT TŞ nin Ukrayna üzrə iclasının keçiriləcəyini gözləyir
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa sentyabrın sonunda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclas keçirəcəyini gözləyir.
APA xəbər verir ki, bu barədə Fransanın BMT-dəki daimi nümayəndəsi Jerom Bonnafon ölkəsinin Təhlükəsizlik Şurasına sədrliyi üzərinə götürməsi münasibətilə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz, təbii ki, Ukrayna ilə bağlı iclasın keçiriləcəyini gözləyirik”, – deyə diplomat bildirib.
Bonnafon qeyd edib ki, BMT Təhlükəsizlik Şurası hər ay Ukrayna ilə bağlı bir və ya iki iclas keçirir.
Bununla belə, Şuranın sentyabr ayı üçün hazırkı proqramında Ukrayna ilə bağlı iclas hələ nəzərdə tutulmayıb.
Bu mövzuda digər xəbərlər:BMT TŞ Ukrayna üçün toplanacaq
10 Yanvar 2026 22:39
Ukrayna BMT TŞ nin iclasını tələb etdi
23 İyul 2026 01:06
Avqustun 29 da BMT TŞ nin Ukrayna üzrə fövqəladə iclası keçiriləcək
29 Avqust 2025 00:21
Rusiya BMT TŞ nin Ukrayna üzrə iclasını çağırmaq üçün sorğu göndərib
05 Fevral 2025 21:44
Fransa BMT TŞ nin təcili iclasını çağırıb
31 Mart 2026 00:02
Baxış sayı:182
Bu xəbər 02 Sentyabr 2026 01:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















