Fransa tarixində ən sürətli qayda pozuntusu

29.09.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Fransada polis 312 km/saat sürətlə avtomobil idarə edən şəxsi həbs edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, fakt Yuxarı Savoyedə, A40 trasında qeydə alınıb.

"Porsche 911 GT3" markalı avtomobilin sürücüsü Fransa tarixində rekorda imza atıb. Bu barədə sosial şəbəkə hesabında paylaşım edən jandarmeriya ilk dəfədir ki, bu həddə sürətlə rastlaşdıqlarını yazıb.

Xarici ölkə vətəndaşı olan şəxsin adı açıqlanmır. Amma məlum olan budur ki, ona 3 aylıq həbs cəzası verilə, 3750 avro cərimə oluna, ölkə ərazisində avtomobil  idarə etməsi yasaqlana və avtomobili müsadirə edilə bilər.

Maraqlıdır ki, əvvəlki rekord da may ayında elə həmin yolda qeydə alınmışdı. Onda "Audi RS3" avtomobilinin sahibi saatda 287 km sürətlə hərəkət edərkən yaxalanmışdı.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью