Fransa tarixində ən sürətli qayda pozuntusu
525.az saytına istinadən Icma.az xəbər verir.
Fransada polis 312 km/saat sürətlə avtomobil idarə edən şəxsi həbs edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, fakt Yuxarı Savoyedə, A40 trasında qeydə alınıb.
"Porsche 911 GT3" markalı avtomobilin sürücüsü Fransa tarixində rekorda imza atıb. Bu barədə sosial şəbəkə hesabında paylaşım edən jandarmeriya ilk dəfədir ki, bu həddə sürətlə rastlaşdıqlarını yazıb.
Xarici ölkə vətəndaşı olan şəxsin adı açıqlanmır. Amma məlum olan budur ki, ona 3 aylıq həbs cəzası verilə, 3750 avro cərimə oluna, ölkə ərazisində avtomobil idarə etməsi yasaqlana və avtomobili müsadirə edilə bilər.
Maraqlıdır ki, əvvəlki rekord da may ayında elə həmin yolda qeydə alınmışdı. Onda "Audi RS3" avtomobilinin sahibi saatda 287 km sürətlə hərəkət edərkən yaxalanmışdı.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 29 Sentyabr 2026 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















