Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa və Belçika Avropa Komissiyasının 2027-ci ilə qədər Rusiya qazının idxalını tamamilə dayandırmaq planını dəstəkləməkdən imtina edib.
“AzPolitika” “Politico” nəşrinə xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.Hər iki ölkə belə bir qərarın iqtisadi və hüquqi nəticələri barədə daha ətraflı məlumat tələb edir.
Fransa alternativ təchizatçılarla, xüsusilə də Qətərlə qaz idxalını artırmağı üstün tutur.
Energetika naziri Mark Ferracci bildirib ki, Fransa “Rusiya mənşəli fosil yanacaqlardan asılılığın azaldılması strategiyasını” dəstəkləyir, lakin Avropa səviyyəsində tam qadağanın tətbiqinin bütün ölkələr üçün Rusiya mayeləşdirilmiş təbii qazının (MTQ) idxalını qeyri-mümkün edəcəyini vurğulayıb.Nazir həmçinin qeyd edib ki, özəl şirkətlər mövcud müqavilələrin birtərəfli pozulması səbəbindən hüquqi problemlərlə – o cümlədən Rusiya tərəfindən mümkün məhkəmə iddiaları ilə üzləşə bilər.
Məsələn, Fransanın “TotalEnergies” şirkəti Rusiya şirkəti “Novatek”lə 2032-ci ilə qədər qüvvədə olan müqaviləyə malikdir və Sibirdə yerləşən “Yamal” MTQ layihəsində 20% paya sahibdir.Belçika isə qərarın verilməsindən əvvəl onun iqtisadi nəticələri ilə bağlı ətraflı hesabat tələb edir.
“Politico” qeyd edir ki, Fransa və Belçika Avropa İttifaqında Rusiya mənşəli MTQ-nin ən böyük alıcılarıdır.
Əks mövqedə olan İspaniya və Niderland isə Avropa Komissiyasının təşəbbüsünü dəstəkləməyə hazır olduqlarını bildiriblər.