Icma.az
close
up
RU
Fransa və Belçika rus qazından “ikiəlli yapışıb” Avropa Komissiyasının imtina planına qarşı çıxırlar

Fransa və Belçika rus qazından “ikiəlli yapışıb” Avropa Komissiyasının imtina planına qarşı çıxırlar

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa və Belçika Avropa Komissiyasının 2027-ci ilə qədər Rusiya qazının idxalını tamamilə dayandırmaq planını dəstəkləməkdən imtina edib. 

“AzPolitika” “Politico” nəşrinə xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Hər iki ölkə belə bir qərarın iqtisadi və hüquqi nəticələri barədə daha ətraflı məlumat tələb edir. Fransa alternativ təchizatçılarla, xüsusilə də Qətərlə qaz idxalını artırmağı üstün tutur. Energetika naziri Mark Ferracci bildirib ki, Fransa “Rusiya mənşəli fosil yanacaqlardan asılılığın azaldılması strategiyasını” dəstəkləyir, lakin Avropa səviyyəsində tam qadağanın tətbiqinin bütün ölkələr üçün Rusiya mayeləşdirilmiş təbii qazının (MTQ) idxalını qeyri-mümkün edəcəyini vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, özəl şirkətlər mövcud müqavilələrin birtərəfli pozulması səbəbindən hüquqi problemlərlə – o cümlədən Rusiya tərəfindən mümkün məhkəmə iddiaları ilə üzləşə bilər. Məsələn, Fransanın “TotalEnergies” şirkəti Rusiya şirkəti “Novatek”lə 2032-ci ilə qədər qüvvədə olan müqaviləyə malikdir və Sibirdə yerləşən “Yamal” MTQ layihəsində 20% paya sahibdir.

Belçika isə qərarın verilməsindən əvvəl onun iqtisadi nəticələri ilə bağlı ətraflı hesabat tələb edir. “Politico” qeyd edir ki, Fransa və Belçika Avropa İttifaqında Rusiya mənşəli MTQ-nin ən böyük alıcılarıdır.

Əks mövqedə olan İspaniya və Niderland isə Avropa Komissiyasının təşəbbüsünü dəstəkləməyə hazır olduqlarını bildiriblər. Təşəbbüs qısamüddətli qaz alışlarını bu il ərzində, uzunmüddətli müqavilələri isə 2027-ci ilə qədər qadağan etməyi nəzərdə tutur.

Kpler şirkətinin məlumatına görə, ötən il Fransa, Belçika, İspaniya və Niderland birlikdə 16,77 milyon ton Rusiya mənşəli MTQ idxal edib. Bu, Avropa İttifaqının ümumi Rusiya MTQ idxalının 97%-ni və Rusiyanın qlobal qaz ixracının yarıdan çoxunu təşkil edir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 İyun 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri