Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləməkdə ittiham olunan Fransa vətəndaşı Klerk Teqo Hüqonun barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
SİA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs çıxış edib.
O, Azərbaycan Respublikasının qanunlarını bilmədiyini, amma özünü təqsirli hesab etdiyini bildirib: “Törətdiyim əməlin xuliqanlıq kimi hesab edildiyini anlayıram, lakin bizim niyyətimiz pis olmayıb.
Biz rəsmdə səkkiz güşəli ulduz da çəkmişik. Başqa niyyətimiz olmayıb”.
Təqsirləndirilən şəxs bağışlanması üçün dövlət başçısına məktub ünvanladığını proses iştirakçılarına bildirib: “Mən bağışlanmağım üçün Azərbaycan Respublikasının Prezidentinə, həmçinin Fransa Prezidentinə məktub göndərmişəm.
Günahımı anlayıram. Məhkəmədən bağışlanmağımı və ya digər yoldaşlarım kimi cəzamın cərimə ilə əvəzlənməsini rica edirəm”.
Proses zamanı hakimin “Şəkil çəkməyə başqa yer yox idi”? sualına təqsirləndirilən şəxs bildirib ki, ölkəsində qatar stansiyada saxlayanda va