Icma.az
close
up
RU
Fransa vətəndaşı ilə bağlı qərar

Fransa vətəndaşı ilə bağlı qərar

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləməkdə ittiham olunan Fransa vətəndaşı Klerk Teqo Hüqonun barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. SİA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs çıxış edib.

O, Azərbaycan Respublikasının qanunlarını bilmədiyini, amma özünü təqsirli hesab etdiyini bildirib: “Törətdiyim əməlin xuliqanlıq kimi hesab edildiyini anlayıram, lakin bizim niyyətimiz pis olmayıb. Biz rəsmdə səkkiz güşəli ulduz da çəkmişik. Başqa niyyətimiz olmayıb”.

Təqsirləndirilən şəxs bağışlanması üçün dövlət başçısına məktub ünvanladığını proses iştirakçılarına bildirib: “Mən bağışlanmağım üçün Azərbaycan Respublikasının Prezidentinə, həmçinin Fransa Prezidentinə məktub göndərmişəm. Günahımı anlayıram. Məhkəmədən bağışlanmağımı və ya digər yoldaşlarım kimi cəzamın cərimə ilə əvəzlənməsini rica edirəm”.

Proses zamanı hakimin “Şəkil çəkməyə başqa yer yox idi”? sualına təqsirləndirilən şəxs bildirib ki, ölkəsində qatar stansiyada saxlayanda vaqonun üzərində şəkil çəkə bilirlər: “Bilməzdim bu hərəkət mənim üçün belə nəticələnə bilər”.

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov çıxışı zamanı bildirib ki, Klerk Teqo Hüqo tanınmış rəssamdır və ölkəyə turust kimi gəlib: “Əməlinə görə istintaq orqanı onu xuliqan kimi qələmə verib. Lakin həmin rəsmlərdə neqativ hal yoxdur. Bunu ekspertiza da təsdiq edib. Rəsmlərdə cəmiyyətə qarşı hörmətsizlik, xuliqanlıq halı yoxdur”.

Vəkil deyib ki, təqsirləndirilən şəxs məbləği tam ödəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Babək İsmayılov apellyasiya şikayətinin təmin olunmamasını istəyib. O bildirib ki, bu, düşünülmüş və əvvəlcədən planlaşdırılmış bir proses olub: “Onların xoş niyyəti olsaydı, giriş nöqtəsinə yaxınlaşıardılar. Qadağan olunmuş yerə hasarı aşmaqla keçmək bütün ölkələrdə qanun pozuntusudur. Həmçinin ibtidai istantaqda bunun planlaşdırılmış bir iş olduğunu onlar etiraf ediblər”.

Daha sonra dövlət ittihamçısı İlkin Yusifov çıxış edərək bildirib ki, bu, təqsirləndirilən şəxsin ilk əməli deyil: “O, öz ölkəsində də bu qəbildən olan işlərə görə dəfələrlə məsuliyyətə cəlb olunub. Birinci instansiya məhkəməsi minimun cəza təyin edib. Apellyasiya şikayətinin təmin olunmamasını təklif edirəm”.

Məhkəmə müşavirədən sonra qərar qəbul edib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, araşdırmalarla Fransa vətəndaşı Clerk Theqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmael və Avstraliya vətəndaşı Han Paulun 2024-cü il martın 30-da gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib.

Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Clerc Theqo Hüqo məhkəmənin qərarı ilə üç ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Clerk Theqo Hüqo 3 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər 6 min 800 manat cərimə cəzasına məhkum olunub. Onların zərərçəkmiş quruma vurduqları ziyan tam ödətdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri