Fransada “iPhone” oğurlayan etirazçılar gözlənilməz vəziyyətlə üzləşiblər

22.10.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Fransanın Lill şəhərində “Apple” mağazasını qarət edən şəxslər oğurladıqları “iPhone”ların bloklanması ilə üzləşiblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan videoda məlumat verilib.
Görüntülərdə oğurlanmış smartfonlardan birinin ekranında fransız dilində xəbərdarlıq mesajı əks olunub. Mesajda cihazın bloklandığı, yerinin izlənildiyi və hüquq-mühafizə orqanlarının hadisə barədə məlumatlandırılacağı bildirilib.
“Zəhmət olmasa, cihazı Lilldəki “Apple” mağazasına qaytarın. Bu cihaz deaktiv edilib və onun yeri izlənilir. Yerli hüquq-mühafizə orqanlarına məlumat veriləcək”, – deyə ekrandakı mesajda qeyd olunub.
Bildirilib ki, bu, “Apple” şirkətinin oğurlanmış cihazlara qarşı tətbiq etdiyi təhlükəsizlik tədbirləri ilə bağlıdır. Şirkət mağazalardan oğurlanan məhsulları bloklaya və onların sonradan istifadəsinə mane ola bilər.
Qeyd edək ki, Fransada baş verən kütləvi iğtişaşlar zamanı təkcə “Apple” mağazası deyil, digər tanınmış brendlərin mağazaları da talan edilib.
Bordoda maskalı şəxslər “Louis Vuitton” mağazasının qapılarını sındırıblar. Marseldə isə “Hermes” butikinin, eləcə də zərgərlik, kosmetika və geyim mağazalarının talan edildiyi bildirilir. İğtişaşlar zamanı “Dior” brendinin mağazaları da zərər görüb.
Nümayişlər təhsil sistemi ilə bağlı narazılıqlar və yaşayış xərclərinin artmasına etirazlar fonunda başlayıb. Lakin sonradan aksiyalar toqquşmalara və kütləvi talanlara çevrilib.
“New York Post” nəşrinin məlumatına görə, hadisələrlə əlaqədar təxminən 1 800 nəfər saxlanılıb, 500-dən çox polis əməkdaşı xəsarət alıb.
İnvestisiya şirkəti “Morningstar”ın qiymətləndirməsinə əsasən, iğtişaşlar nəticəsində sığorta zərəri 1,3–1,6 milyard dollar təşkil edə bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью