Fransada “iPhone” oğurlayan etirazçılar gözlənilməz vəziyyətlə üzləşiblər
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransanın Lill şəhərində “Apple” mağazasını qarət edən şəxslər oğurladıqları “iPhone”ların bloklanması ilə üzləşiblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan videoda məlumat verilib.
Görüntülərdə oğurlanmış smartfonlardan birinin ekranında fransız dilində xəbərdarlıq mesajı əks olunub. Mesajda cihazın bloklandığı, yerinin izlənildiyi və hüquq-mühafizə orqanlarının hadisə barədə məlumatlandırılacağı bildirilib.
“Zəhmət olmasa, cihazı Lilldəki “Apple” mağazasına qaytarın. Bu cihaz deaktiv edilib və onun yeri izlənilir. Yerli hüquq-mühafizə orqanlarına məlumat veriləcək”, – deyə ekrandakı mesajda qeyd olunub.
Bildirilib ki, bu, “Apple” şirkətinin oğurlanmış cihazlara qarşı tətbiq etdiyi təhlükəsizlik tədbirləri ilə bağlıdır. Şirkət mağazalardan oğurlanan məhsulları bloklaya və onların sonradan istifadəsinə mane ola bilər.
Qeyd edək ki, Fransada baş verən kütləvi iğtişaşlar zamanı təkcə “Apple” mağazası deyil, digər tanınmış brendlərin mağazaları da talan edilib.
Bordoda maskalı şəxslər “Louis Vuitton” mağazasının qapılarını sındırıblar. Marseldə isə “Hermes” butikinin, eləcə də zərgərlik, kosmetika və geyim mağazalarının talan edildiyi bildirilir. İğtişaşlar zamanı “Dior” brendinin mağazaları da zərər görüb.
Nümayişlər təhsil sistemi ilə bağlı narazılıqlar və yaşayış xərclərinin artmasına etirazlar fonunda başlayıb. Lakin sonradan aksiyalar toqquşmalara və kütləvi talanlara çevrilib.
“New York Post” nəşrinin məlumatına görə, hadisələrlə əlaqədar təxminən 1 800 nəfər saxlanılıb, 500-dən çox polis əməkdaşı xəsarət alıb.
İnvestisiya şirkəti “Morningstar”ın qiymətləndirməsinə əsasən, iğtişaşlar nəticəsində sığorta zərəri 1,3–1,6 milyard dollar təşkil edə bilər.
Bu mövzuda digər xəbərlər:iPhone istifadəçiləri izahı olmayan problemlə üzləşiblər
16 Dekabr 2025 16:21
Fransada mer vəzifəsinə namizəd olan şəxslər böhtan kampaniyaları ilə üzləşiblər
11 Mart 2026 19:35
Suriyada “Haber Global”ın əməkdaşları çətin vəziyyətlə üzləşiblər
21 İyul 2025 17:32
Fransada müsəlmanların əksəriyyəti son beş ildə daha çox irqçiliklə üzləşiblər SORĞU
17 Sentyabr 2025 10:35
iPhone oğurlayan çempion Moskvada saxlanılıb
05 Fevral 2025 11:49
Baxış sayı:102
Bu xəbər 22 Oktyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















