Fransada qədim şəhər aşkarlandı

12.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Fransada yaşayış binasının tikintisi zamanı arxeoloqlar tərəfindən qədim şəhər aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Popular Mechanics” jurnalının məlumatına görə, yaşayış məntəqəsi Parisin cənub-şərqində yerləşən Tonner kommunasında, Montbellan təpəsində olub. Təxminən 743 kvadratmetr ərazidə aparılan qazıntılar zamanı müxtəlif dövrlərə aid üç mədəni təbəqə üzə çıxarılıb.

Arxeoloqlar burada eramızdan əvvəl I əsrə aid Qalliya qalasının qalıqlarını, eləcə də Roma dövrü və orta əsrlərə aid tikililəri müəyyən ediblər.

Tapıntılar arasında çoxsaylı zirzəmilər, emalatxanalar və zirzəmiyə daş pilləkənlərlə enilən böyük orta əsr binası da var. Aşkarlanmış dulusçuluq məmulatları və sikkələr ərazinin romalıların gəlişindən əvvəl də sıx məskunlaşdığını göstərir.

Fransanın Milli Preventiv Arxeoloji Tədqiqatlar İnstitutunun (Inrap) məlumatına görə, Montbellan təpəsinin dik yamaclarında bir neçə binanın yerləşməsi yaşayış məntəqəsinin məhdud ərazidə sıx şəkildə salındığını göstərir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью