Fransada qədim şəhər aşkarlandı
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Fransada yaşayış binasının tikintisi zamanı arxeoloqlar tərəfindən qədim şəhər aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, “Popular Mechanics” jurnalının məlumatına görə, yaşayış məntəqəsi Parisin cənub-şərqində yerləşən Tonner kommunasında, Montbellan təpəsində olub. Təxminən 743 kvadratmetr ərazidə aparılan qazıntılar zamanı müxtəlif dövrlərə aid üç mədəni təbəqə üzə çıxarılıb.
Arxeoloqlar burada eramızdan əvvəl I əsrə aid Qalliya qalasının qalıqlarını, eləcə də Roma dövrü və orta əsrlərə aid tikililəri müəyyən ediblər.
Tapıntılar arasında çoxsaylı zirzəmilər, emalatxanalar və zirzəmiyə daş pilləkənlərlə enilən böyük orta əsr binası da var. Aşkarlanmış dulusçuluq məmulatları və sikkələr ərazinin romalıların gəlişindən əvvəl də sıx məskunlaşdığını göstərir.
Fransanın Milli Preventiv Arxeoloji Tədqiqatlar İnstitutunun (Inrap) məlumatına görə, Montbellan təpəsinin dik yamaclarında bir neçə binanın yerləşməsi yaşayış məntəqəsinin məhdud ərazidə sıx şəkildə salındığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 12 Sentyabr 2026 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















