Fransada son altı ilin işsizlik rekordu

21.08.2026

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən rübdə Fransada işsizlik səviyyəsi əvvəlki göstəricidən - 8.1 faizdən 8.3 faizə qədər yüksəlib. Bu, 2020-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Oxu.Az xəbər verir ki, müvafiq məlumatı ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) yayıb.

"Trading Economics" portalı bildirir ki, analitiklər bu göstəricinin maksimum 8.2 faizə qədər artacağını proqnozlaşdırırdılar.

"Insee"nin hesabatına əsasən, işsizliyin bundan daha yüksək səviyyəsi (9 faiz) 2020-ci ilin üçüncü rübündə müşahidə olunub.

Hesabat dövründə Fransada işsiz insanların sayı 62 min nəfər artaraq 2 milyon 677 min nəfərə çatıb. O cümlədən, 15-24 yaşlı gənclər arasında işsizlik 21.6 faiz (740 min nəfər) təşkil edib. 25-49 yaş kateqoriyasında isə bu göstərici 7.5 faizə (1 milyon 387 min nəfər) bərabər olub ki, bu da 2021-ci ilin birinci rübündən bəri qeydə alınan ən yüksək rəqəmdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью