Fransada son altı ilin işsizlik rekordu
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən rübdə Fransada işsizlik səviyyəsi əvvəlki göstəricidən - 8.1 faizdən 8.3 faizə qədər yüksəlib. Bu, 2020-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Oxu.Az xəbər verir ki, müvafiq məlumatı ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) yayıb.
"Trading Economics" portalı bildirir ki, analitiklər bu göstəricinin maksimum 8.2 faizə qədər artacağını proqnozlaşdırırdılar.
"Insee"nin hesabatına əsasən, işsizliyin bundan daha yüksək səviyyəsi (9 faiz) 2020-ci ilin üçüncü rübündə müşahidə olunub.
Hesabat dövründə Fransada işsiz insanların sayı 62 min nəfər artaraq 2 milyon 677 min nəfərə çatıb. O cümlədən, 15-24 yaşlı gənclər arasında işsizlik 21.6 faiz (740 min nəfər) təşkil edib. 25-49 yaş kateqoriyasında isə bu göstərici 7.5 faizə (1 milyon 387 min nəfər) bərabər olub ki, bu da 2021-ci ilin birinci rübündən bəri qeydə alınan ən yüksək rəqəmdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 Avqust 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















