Fransada sürücü qəsdən piyadaları vurdu: Ölənlər var

27.08.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın Kann şəhərində dəmiryolu vağzalı ilə üzbəüz ərazidə avtomobil bir qrup insana çırpılıb. Hadisə zamanı iki nəfər həlak olub, daha 10 nəfər isə xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, xəsarət alanlardan yeddisinin vəziyyəti ağır qiymətləndirilir.
Hökumət nümayəndələrinin məlumatına əsaslanan agentlik bildirib ki, nəqliyyat vasitəsini qəsdən insanların üzərinə sürən 26 yaşlı sürücü artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
"Hazırkı mərhələdə görünən odur ki, hadisədə terror motivi yoxdur, lakin istintaq tədbirləri hələ yeni başlayıb", - deyə şəhər prokuroruğundan bildirilib.
Polis hadisə ilə bağlı araşdırma aparır və təhlükəsizlik kameralarından əldə edilən görüntülərə baxılır.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью