Fransada sürücü qəsdən piyadaları vurdu: Ölənlər var
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransanın Kann şəhərində dəmiryolu vağzalı ilə üzbəüz ərazidə avtomobil bir qrup insana çırpılıb. Hadisə zamanı iki nəfər həlak olub, daha 10 nəfər isə xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, xəsarət alanlardan yeddisinin vəziyyəti ağır qiymətləndirilir.
Hökumət nümayəndələrinin məlumatına əsaslanan agentlik bildirib ki, nəqliyyat vasitəsini qəsdən insanların üzərinə sürən 26 yaşlı sürücü artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
"Hazırkı mərhələdə görünən odur ki, hadisədə terror motivi yoxdur, lakin istintaq tədbirləri hələ yeni başlayıb", - deyə şəhər prokuroruğundan bildirilib.
Polis hadisə ilə bağlı araşdırma aparır və təhlükəsizlik kameralarından əldə edilən görüntülərə baxılır.
Baxış sayı:112
Bu xəbər 27 Avqust 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















