Fransada yanğına müdaxilə edən helikopter gölə çırpıldı Video

25.08.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın Finistere əyalətinin Rosporden bölgəsində yanğına müdaxilə edən helikopter su yığarkən gölə çırpılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin görünütülər ətrafdakı insanlar tərəfindən kadra alınıb.

Belə ki, “Morane 29” adlı helikopter bir neçə fırlanmadan sonra suya düşüb. Hadisə zamanı ölən və xəsarət alanın olmadığı bildirilir.

Qeyd olunur ki, helikopter Beuzec-Cap-Sizun bölgəsində 10 hektarlıq yanğınla mübarizə aparmaq üçün 27 dəfə su atmışdı. Hazırda səlahiyyətlilər qəzanın səbəblərini araşdırır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью