Fransada yanğına müdaxilə edən helikopter gölə çırpıldı Video
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransanın Finistere əyalətinin Rosporden bölgəsində yanğına müdaxilə edən helikopter su yığarkən gölə çırpılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin görünütülər ətrafdakı insanlar tərəfindən kadra alınıb.
Belə ki, “Morane 29” adlı helikopter bir neçə fırlanmadan sonra suya düşüb. Hadisə zamanı ölən və xəsarət alanın olmadığı bildirilir.
Qeyd olunur ki, helikopter Beuzec-Cap-Sizun bölgəsində 10 hektarlıq yanğınla mübarizə aparmaq üçün 27 dəfə su atmışdı. Hazırda səlahiyyətlilər qəzanın səbəblərini araşdırır.


Fransada yanğınsöndürən helikopter qəzaya uğrayıb
25 Avqust 2025 04:00
Helikopter xəstəxanaya çırpıldı, 4 nəfər öldü
22 Dekabr 2024 12:05
Motosiklet avtomobilə çırpıldı VİDEO
07 Mart 2025 16:08
Mikroavtobus marketə çırpıldı VİDEO
25 Avqust 2025 17:42
Çində helikopter faciəsi: 10 metrlik yüksəklikdən yerə çırpıldı
04 May 2025 04:33

