Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“L’Observatoire des inégalités” Assosiasiyasının son hesabatında Fransada yoxsulluğun, sosial qeyri-bərabərliyin daha da kəskinləşdiyi açıqlanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hesabatda 5,1 milyon insanın 2022-ci ildə orta gəlirin 50 faizi və ya bir nəfər üçün ayda 1014 avro təşkil edən yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
2002-ci illə müqayisədə 1,4 milyon nəfər çox olan bu rəqəm iyirmi il ərzində yoxsulluğun səviyyəsinin 6,6 faizdən 8,1 faizə yüksəldiyini göstərir.
Hesabatın müəllifləri Lui Morən və Ann Brune möhkəm sosial modelə malik olmasına baxmayaraq, ölkədə həddindən artıq təhlükəli vəziyyətin davam etdiyini bildiriblər.
“Dünyanın ən yaxşı sosial sistemlərindən birinə sahibik, lakin sosial müavinətlərdən əvvəl yaşayış səviyyəsi aşağı düşür və bu, dərin struktur zəifliklərini ortaya qoyur”, - deyə L.Morən yazıb.
Hesabatda bildirilir ki, yoxsulluq əhalinin müəyyən kateqoriyalarına xüsusilə təsir edir.
Subay insanlar (12,8%), təkvalideynli ailələr (19,2%) və immiqrantlar (18,8%) yoxsulluğun təsirinə daha çox məruz qalırlar.