Icma.az
close
up
RU
Fransada yoxsulluq, sosial qeyribərabərsizlik getdikcə dərinləşir

Fransada yoxsulluq, sosial qeyribərabərsizlik getdikcə dərinləşir

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“L’Observatoire des inégalités” Assosiasiyasının son hesabatında Fransada yoxsulluğun, sosial qeyri-bərabərliyin daha da kəskinləşdiyi açıqlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hesabatda 5,1 milyon insanın 2022-ci ildə orta gəlirin 50 faizi və ya bir nəfər üçün ayda 1014 avro təşkil edən yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. 2002-ci illə müqayisədə 1,4 milyon nəfər çox olan bu rəqəm iyirmi il ərzində yoxsulluğun səviyyəsinin 6,6 faizdən 8,1 faizə yüksəldiyini göstərir.

Hesabatın müəllifləri Lui Morən və Ann Brune möhkəm sosial modelə malik olmasına baxmayaraq, ölkədə həddindən artıq təhlükəli vəziyyətin davam etdiyini bildiriblər. “Dünyanın ən yaxşı sosial sistemlərindən birinə sahibik, lakin sosial müavinətlərdən əvvəl yaşayış səviyyəsi aşağı düşür və bu, dərin struktur zəifliklərini ortaya qoyur”, - deyə L.Morən yazıb.

Hesabatda bildirilir ki, yoxsulluq əhalinin müəyyən kateqoriyalarına xüsusilə təsir edir. Subay insanlar (12,8%), təkvalideynli ailələr (19,2%) və immiqrantlar (18,8%) yoxsulluğun təsirinə daha çox məruz qalırlar. İnteqrasiya etməkdə çətinlik çəkən yaşı 30-dan az olan gənclər və əlilliyi olan şəxslər arasında da yoxsulluğun səviyyəsi yüksəkdir.

Hesabatın müəllifləri müvafiq siyasi cavabların olmamasını pisləyir və qeyd edirlər ki, ənənəvi partiyalar bu suallarla nisbətən az maraqlanır. Bu siyasi maraqsızlıq həlledici rol oynayan, lakin çox vaxt lazımınca qiymətləndirilməyən yerli aktorların – müəllimlərin, sosial işçilərin, assosiasiyaların öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Yoxsulluğun davamlı xarakter alması ilə əlaqədar hesabatda sosial qeyri-bərabərliyi azaltmaq və Fransa sosial modelini gücləndirmək üçün struktur islahatları tələb olunur. Fransızların üçdəbiri yoxsula çevrilmək riskindən narahat olduğunu deyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri