Fransanın neokolonialist siyasəti ifşa olunur | Icma.az
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
BTQ ilə “Ka Ubuntu” Müstəqillik Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb Daim ədalət mövqeyindən çıxış edən Azərbaycan Afrikada, dənizaşırı ərazilərdə Fransanın ağır şərtlər altında davam etdirdiyi müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə qalxan xalqlara güclü mənəvi-siyasi dəstək verir.
Ölkəmiz o mövqedən çıxış edir ki, XXI əsrdə keçmişin eybəcər qalığı olan müstəmləkəçiliyə yer olmamamlıdır, Yelisey Sarayı xalqların azadlıq haqqını tanınmalıdır.
Azərbaycanın prinsipial yanaşmasının ifadəsi olaraq Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəçiliyinin ifşası istiqamətində daha bir cəsarətli addım atıb.
Belə ki, yanvarın 21-də BTQ-nin təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.
“Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransa müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar qatılıblar.
Sərhəd tanımayan Fransa müstəmləkəçiliyi Yelisey Sarayının apardığı siyasət kifayət qədər ziddiyyətlidir.
Az qala bütün dünyaya demokratiya dərsi vermək iddialarında bulunan bir ölkənin müstəmləkə ərazilərində hüquqazidd əməllər törətməsinin heç bir məntiqi izahı yoxdur.
Tam oxu
Xəbəri oxu