Icma.az
close
up
RU
Fransanın neokolonialist siyasəti ifşa olunur

Fransanın neokolonialist siyasəti ifşa olunur

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BTQ ilə “Ka Ubuntu” Müstəqillik Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Daim ədalət mövqeyindən çıxış edən Azərbaycan Afrikada, dənizaşırı ərazilərdə Fransanın ağır şərtlər altında davam etdirdiyi müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə qalxan xalqlara güclü mənəvi-siyasi dəstək verir. Ölkəmiz o mövqedən çıxış edir ki, XXI əsrdə keçmişin eybəcər qalığı olan müstəmləkəçiliyə yer olmamamlıdır, Yelisey Sarayı xalqların azadlıq haqqını tanınmalıdır.

Azərbaycanın prinsipial yanaşmasının ifadəsi olaraq Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəçiliyinin ifşası istiqamətində daha bir cəsarətli addım atıb. Belə ki, yanvarın 21-də BTQ-nin təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans işə başlayıb. “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransa müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar qatılıblar.

Sərhəd tanımayan Fransa müstəmləkəçiliyi

Yelisey Sarayının apardığı siyasət kifayət qədər ziddiyyətlidir. Az qala bütün dünyaya demokratiya dərsi vermək iddialarında bulunan bir ölkənin müstəmləkə ərazilərində hüquqazidd əməllər törətməsinin heç bir məntiqi izahı yoxdur. Bəşəriyyətin yüksək inkişaf səviyyəsinə çatdığı XXI yüzillikdə müstəmləkəçilik və sümürmə siyasətindən əl çəkməməsi Fransa üçün böyük üzqarasıdır. Bu gün Fransa dünya üzrə müstəmləkəçilik siyasətini bu və ya digər formada davam etdirən azsaylı dövlətlərdən biridir. Bu ölkənin ərazisinin 18 faizini dənizaşırı koloniyalar təşkil edir. Bu torpaqlarda təxminən 2,6 milyon nəfər əhali yaşayır. Koloniyalar müxtəlif siyasi statuslara malikdir. Müstəmləkələrin siyahısına Atlantik okeanında yerləşən Qvadelupa, Martinika, Sen-Martin, Sen-Bartelemi, Sent-Pyer və Mikelon, Hind okeanında Reunion, Mayotte və Fransız Cənub və Antarktika əraziləri, Sakit okeanda Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Cənubi Amerikada isə Fransız Qvianası və digər ölkələr daxildir. Onların ən yaxını Fransadan təxminən 4 min kilometr, ən uzaqda olanı isə 17 min kilometr məsafədə yerləşir.

Fransanın müstəmləkəçilik siyasəti sərhəd tanımır. Yelisey Sarayı müstəmləkə ölkələrində yerli xalqların mənafeyinə zidd addımlar atır. Məsələ burasındadır ki, Fransa müstəmləkəçilik tarixində öz nəzarətində saxladığı ölkələrə yaxşı heç nə verməyib. Əvəzində isə sümürmə siyasətinin əhatə dairəsini genişləndirib, yerli əhalinin hüquqlarını daha qəddarcasına pozub, onları məqsədyönlü şəkildə assimilyasiyaya məruz qoyub, soyqırımları həyata keçirib.

13 koloniyadan biri - Reyunyon

Reyunyon adası 1500-cü illərin əvvəllərində portuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildə XIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniya qurulub.

Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir. Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə bu təsir, adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin yüksək qalması kimi məsələlərdə özünü göstərir.

Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmaqla yanaşı, onların qərarvermə prosesində iştirakını da minimuma endirir.

Bu gün Reyunyon xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınmasının aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması çox vacibdir. BTQ-nun təşkilatçılığı ilə baş tutan konfrans Reyunyon xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayır. “Fransanın dünyada 13 koloniyası var. Bu koloniyalardan ikisində insanlar məskunlaşmayıb, digər ərazilərlə əməkdaşlıq edirik. Reyunyon Fransa və Niderland müstəmləkəçiliyindən əziyyət çəkir. Orada insanlığa qarşı amansız cinayətlər törədilib”. Bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov konfransdakı çıxışında deyib. O bildirib ki, bu gün də Reyunyonda müstəmləkəçilik davam edir.

İnsanlıq əleyhinə cinayətlər

Yelisey Sarayının Reyunyonda törətdiyi insanlıq əleyhinə cinayətləri sayıb qurtarmaq mümkün deyil. Bu barədə konfransda geniş müzakirələr aparılıb. “Ka Ubuntu” təşkilatının Reyunyon bölməsinin koordinatoru Benjamin Kleman bildirib ki, Fransa tərəfindən qanunsuz olaraq regionda çoxsaylı abortlar həyata keçirilib. Fransa heyvanlar üçün istifadə olunan dərmanlar vasitəsilə bu cinayətləri törədib. B.Kleman vurğulayıb ki, 1960-cı illərdə Reyunyon adası Fransanın departamenti olaraq, ciddi sosial və iqtisadi problemlərlə qarşılaşmışdı. Yerli əhalinin sayı artmaqda davam edirdi ki, bu da adada sosial problemlərin kəskinləşməsinə səbəb olurdu. Fransa Reyunyonda uşaqların öz kimliyini unutması üçün məqsədli şəkildə addımlar atırdı. Belə ki, Reyunyona xas olan Afrika mənşəli adlara malik uşaqlara Fransa metropoliyasına xas adlar verilərək, təzə adlarla şəxsiyyət vəsiqələri paylanırdı. 1982-ci ilə qədər davam etmiş bu məqsədyönlü köç nəticəsində öz ailə bağlarını itirmiş uşaqlar çox ciddi psixoloji problemlər yaşayıblar.

“Fransa mədəniyyətimizi assimilyasiyaya uğratmaq istəyir ki, kimliyimizi unudaq. Fransanın imperialist siyasəti Reyunyon iqtisadiyyatına mənfi təsir göstərir. Bizim üçün müstəqillik daha yaxşı bir gələcək deməkdi”, - deyə “Ka Ubuntu” müstəqillik hərəkatının sədri Romen Katambara konfransdakı çıxışında vurğulayıb. O bildirib ki, Reyunyon adasında hökm sürən iqtisadi çətinliklərə paralel olaraq yerli əhalinin müxtəlif icmaları arasındakı gərginliyi də vurğulamaq lazımdır. Fransa rəsmiləri guya Reyunyonda mütəşəkkil cinayətlərin artması, ətraf mühitə ziyanın vurulması, sosial vəziyyətin pisləşməsində mayottalıların təqsirkar olması təbliğatını aparmaqla ada əhalisi daxilində həmrəyliyi pozmaq, azadlıq meylərinin qarşısının almaq məqsədi güdür.

İmzalanan Anlaşma Memorandumu 

Bakı Təşəbbüs Qrupu fəaliyyət göstərdiyi qısa müddət ərzində artıq beynəlxalq platformaya çevrilib. Müstəmləkə ərazilərində azadlıq mübarizəsinə qalxan xalqlar quruma ümid yeri kimi baxırlar. Öz növbəsində daha genişmiqyaslı fəaliyyəti hədəfləyən BTQ müstəmləkəçilik əleyhinə mübarizə aparan beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirir. “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu və “Ka Ubuntu” Müstəqillik Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və “Ka Ubuntu” Müstəqillik Hərəkatının sədri Romen Katambara imzalayıblar.

Qeyd edək ki, Anlaşma Memorandumu yalnız siyasi müstəvidə deyil, BTQ və “Ka Ubuntu” Müstəqillik Hərəkatı arasında təhsil və səhiyyə sahələrində də əməkdaşlığı əhatə edəcək.

Mübariz Abdullayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Yanvar 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri