Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan söz istəyib.
O, ifadəsi tərcümə olunarkən bəzi terminlərin aydın ifadə olunmadığını bildirib: "Daha aydın olmaq üçün bəzi şeyləri dəqiqləşdirmək istəyirəm.
Orada məxfi əməkdaşlıq, məxfi görüş deyimləri fransız dilinə tərcümə olunarkən gizli görüş kimi anlaşılıb, lakin mən onlarla görüşləri gizli etməmişəm.
İddia olunan agentlərlə söhbətləri çoxlu adamın yanında, açıq məkanlarda etmişəm. Hamı bilib, o cümlədən Azad Məmmədli".
Prosesdə Martin Ryanın ifadəsinin elan edilməsi davam etdirilib.
O, ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, Fransanın xüsusi xidmət orqanlarının əməkdaşı olan Frederik Devos ilə “Araz” kafesində görüşüb, daha sonra gəzintiyə çıxıblar.