Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Fransaya casusluqda və dövlətə xəyanətdə ittiham olunanların MƏHKƏMƏSİ

Fransaya casusluqda və dövlətə xəyanətdə ittiham olunanların MƏHKƏMƏSİ

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan söz istəyib.

O, ifadəsi tərcümə olunarkən bəzi terminlərin aydın ifadə olunmadığını bildirib: "Daha aydın olmaq üçün bəzi şeyləri dəqiqləşdirmək istəyirəm. Orada məxfi əməkdaşlıq, məxfi görüş deyimləri fransız dilinə tərcümə olunarkən gizli görüş kimi anlaşılıb, lakin mən onlarla görüşləri gizli etməmişəm. İddia olunan agentlərlə söhbətləri çoxlu adamın yanında, açıq məkanlarda etmişəm. Hamı bilib, o cümlədən Azad Məmmədli".

Prosesdə Martin Ryanın ifadəsinin elan edilməsi davam etdirilib.

O, ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, Fransanın xüsusi xidmət orqanlarının əməkdaşı olan Frederik Devos ilə “Araz” kafesində görüşüb, daha sonra gəzintiyə çıxıblar. Həmin görüşdə Azərbaycan-Ermənistan müharibəsi müzakirə olunub. Frederik onlardan Türkiyədən və Pakistandan olan muzdlu döyüşçülərin Azərbaycan üçün vuruşub-vuruşmadığını soruşub. M.Ryan internetdən oxuduqları əsasında sualları cavablandırıb. Daha sonra M.Ryan şirkət açmaq üçün dəstək istəyib. Frederik Devos bununla bağlı yüksək vəzifəli şəxslərdən kömək istəyəcəyini bildirib.

İfadədə qeyd edilib ki, F.Devos fransız dilini bilənlərlə əməkdaşlıq etmək istədiyini söylədiyi üçün Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində oxuyanlarla maraqlanıb.
Martin Ryan onu Azad Məmmədli ilə tanış etdiyini bildirib. Daha sonra A.Məmmədli Frederik Devosu azərbaycanlı tanışı A.Ş. ilə tanış edib.

Bundan bir müddət sonra sonra Martin Ryanın valideynləri onu ziyarətə gəlib. Cinayət işinə əlavə edilən, onun telefonu vasitəsilə çəkilmiş fotoşəkillərdə göstərilib ki, Martin Ryan, atası, anası, dostları və Fransa xüsusi xidmət orqanının əməkdaşı Loran Lödi, onun yoldaşı və qızı ilə əvvəlcə onun Səbail rayonunda kirayə qaldığı evdə görüşüb, daha sonra ziyafətə gediblər. Həmin ərəfələrdə Loran Martinə klaviatura hədiyyə edəcəyini bildirib. Səfirliyin yanında o, klaviaturanı hədiyyə edib.

Bundan əlavə, əvvəllər Fransada təhsil almış azərbaycanlı Z.M.-in doğum gününü qeyd etmək üçün Martin Ryan, Loran və digərilərinin olduğu məclisdə əks olunan şəkillər məhkəmədə nümayiş etdirilib.

Qeyd olunub ki, həmin ilin mart ayının sonunda Jerom adlı şəxs Lorandan Martin Ryanın nömrəsini alıb və onunla danışıb. Jerom Fransa xüsusi xidmət orqanlarının əməkdaşı olub.

Martin Ryan deyib ki, Azad Məmmədli, fransız iş adamı Serj Banvel ilə birgə 2019-cu ilin oktyabr ayında Bakı Frankofoniya Asossiasiyasının təşkil etdiyi tədbirdə iştirak ediblər.

Frederik və onun səfirlikdə işləyən yoldaşı onları belə tədbirlərdə daha çox iştirak etməsi üçün təşviq ediblər. Onlar daha sonra bir neçə dəfə belə tədbirlərdə iştirak ediblər.

Daha sonra Martin Ryan Loran Lödini və digərlərini milad bayramında özünün kirayə etdiyi evdə ziyafətə dəvət edib. Bundan sonra Loran ilə əlaqə saxlaya bilməyib. O, onların dost olduğuna inandığını, amma sonradan Loranın kəşfiyyatçı olduğunu, ondan sadəcə istifadə etdiyini anladığını bildirib.

Azad Məmmədli M.Ryana Loran onunla deyil, Azərbaycanın daxili məsələləri ilə maraqlandığını, kafedə söhbət edərkən ətrafdakılara şübhə ilə baxdığını deyib və onun kəşfiyyatçı olmasından şübhələndiyini deyib.

Martin Ryan, həmçinin bildirib ki, həmin ildə bir azərbaycanlı jurnalist onunla əlaqə saxlayıb və müsahibə alıb. Jurnalist həmin müsahibəni video şəklində istəyib. Bundan sonra bir neçə jurnalist onunla əlaqə saxlayıb və Fransanın Azərbaycan-Ermənistan müharibəsinə baxışı ilə bağlı bir fransız kimi onun mövqeyini öyrənib. Təqsirləndirilən şəxs bildirilib ki, belə müsahibələrə və yayılan məqalələrə görə Fransada ona münasibət pisləşib və bu, bir fransız kimi ona ağır gəlib.

Martin Ryan onu da deyib ki, Z.M.-in Loran Lödi tərəfindən xüsusi xidmət orqanına çağırılmasından şübhələnib.

Martin Ryan Loran, Frederik Devosdan sonra Jerom Qassarinonun onunla işlədiyini, sonuncunun ona Azərbaycanda şirkət açmaqla bağlı, həmçinin Azərbaycan-İran münasibətləri və özünü maraqlandıran şəxslər barədə suallar verdiyini deyib.

Həmçinin Martin Ryan qeyd edib ki, bir müddət sonra Azad Məmmədli ilə görüşmək üçün telefonla danışıblar. Görüşün səfirliyin yaxınlığında olmaması barədə razılaşıblar.

Məhkəmənin qərarı ilə əldə edilən telefon danışığında isə M.Ryan Azad Məmmədliyə tövsiyə olaraq içkinin miqdarını azaltmağı və danışdıqlarına fikir verməyi tövsiyə edib.

O, Azaddan tədbirlərdə yüksək səslə müəyyən mövzulardan danışmamağı, ehtiyatlı olmağı, nüfuzunu zədələməməyi istəyib. Bildirib ki, yanlış anlaşıla biləcək mövzularda ehtiyatlı olmaq lazımdır.

Martin Ryan Azad Məmmədli ilə danışarkən səfirdə iki Loran soyadlı şəxsin olduğunu da bildirib.

Qeyd olunub ki, Martin Ryan Rusiya pasportu olan ermənilərin Qarabağı tərk etməsi haqda informasiya da ötürüb.

Telefon danışığında Azad Məmmədli Martin Ryana bildirib ki, Qarabağda Rusiyanın FTX-sini yox, Fransanın silahlı qüvvələrini görmək istəyir.

Martin Ryan ifadəsinin davamında kəşfiyyatçıların ondan məlumat almağa çalışdığını söyləyib. O, Azadın Rusiya, özünü isə İran məsələləri üzrə məlumatlı olduğunu bildirib.

Bundan başqa, telefon danışığında Fransa kəşfiyyatçıları ilə görüşlər barədə DTX tərəfindən izlənildiklərindən şübhələndiklərini deyiblər.

Növbəti proses sentyabrın 8-nə təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 İyul 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see280

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see275

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see222

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see214

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see210

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see196

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see192

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see184

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see179

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see175

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see171

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see165

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see152

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see150

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see149

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri