Fransız casusun məhkəməsində şok etiraflar | Icma.az
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində yerli va xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.
Prosesdə təqsirləndirilən Martin Rayan ifadə verib. O bildirib ki, səfirlikdə işləyən 3 şəxslə əlaqəsi olub: "Onlar Fransa xüsusi xidmət orq
Onlar əvvəlcə mənə kəşfiyyatçı kimi yaxınlaşmırdı. Onlar pul müqabilində təhlükəli bir iş dedilər, mən qəbul etmədim.
Mən onların agent olduğunu bildim. Onların davranışları və mənə verdikləri suallardan bu bəlli idi.
Onlar Fransa ilə rəqabətdə olan ölkələrlə maraqlanırdılar. Onlar bu işdə azərbaycanlılardan istifadə etmək istəyirdilər.
Hətta onlar burada və digər ölkələrdə yaşayan fransızdilli Azərbaycan vətəndaşları ilə əlaqələr yaradılması istiqamətində fəaliyyət göstərirdilər.
Tam oxu
Xəbəri oxu