Icma.az
close
up
RU
Fransız casusun məhkəməsində şok etiraflar

Fransız casusun məhkəməsində şok etiraflar

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində yerli va xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.

Prosesdə təqsirləndirilən Martin Rayan ifadə verib. O bildirib ki, səfirlikdə işləyən 3 şəxslə əlaqəsi olub:

"Onlar Fransa xüsusi xidmət orqanlarının əməkdaşları idi. Onlar əvvəlcə mənə kəşfiyyatçı kimi yaxınlaşmırdı. Onlar pul müqabilində təhlükəli bir iş dedilər, mən qəbul etmədim. Mən onların agent olduğunu bildim. Onların davranışları və mənə verdikləri suallardan bu bəlli idi. Onlar Fransa ilə rəqabətdə olan ölkələrlə maraqlanırdılar. Onlar bu işdə azərbaycanlılardan istifadə etmək istəyirdilər. Hətta onlar burada və digər ölkələrdə yaşayan fransızdilli Azərbaycan vətəndaşları ilə əlaqələr yaradılması istiqamətində fəaliyyət göstərirdilər. Azad Məmmədliyə də onlar iş təklif etmişdilər. Onlarla əlaqəni sonlandıra bilmədim. İndi buna görə peşmanam. Çox səhv etmişəm. Problemləri görüb, yaxşı qiymətləndirə bilmədim. Təəssüf ki, Azərbaycanın mənə olan etimadını itirmişəm. Mənə olan inamdan sui-istifadə etmişəm. Bu məsələdə günahkar Fransa hökumətidir. Səfirliyin əməkdaşları diplomatik örtük altında təhlükəli işlə məşğul olublar, Fransa hökuməti məni manipulyasiya edib".

Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib:

"Azərbaycana biznes məqsədilə gəlmişəm. Azərbaycanın çox qədim tarixi var. Xaricdə xeyli azərbaycanlıyla tanış olmuşam. 2015-ci ildə turist kimi də Azərbaycana gəlmişəm. 2016-cı ildə Ramin adlı azərbaycanlı dostumla burada iş qurduq. 2 ilə yaxın burada Raminə kömək etdim. Bu vaxt mənim Fransa səfirliyi ilə əlaqələrim yarandı. 2019-cu ildə Ramin mənə daha bir iş təklifi etdi, razılaşdım. Fransa şirkətlərini Qafqaza cəlb edirdilər. Bu qeyri-neft sektoru ilə bağlıydı. Azərbaycan-Fransa arasında yaxşı əlaqələr var idi. Şirkət yaratdıq və mən menecer kimi çalışdım. Hər şeyi Fransada qoyub, Bakıya köçdüm. Mən Azərbaycana normal iş qurmaq məqsədilə gəlmişdim. İş adamı kimi Fransa səfirliyi ilə əlaqələrim yarandı. Azərbaycan dilini müəyyən qədər öyrəndim.

Fransa kəşfiyyatının nümayəndələri ilə daha təhlükəsiz yer hesab edilən Fransa səfirliyinin inzibati binasında və ya ictimai yerlərdə görüşürdük. Onların mənlə yaratdığı əlaqə şəxsi əlaqə idi. Sadəcə mənim etibarımdan sui-istifadə ediblər. Məni bu məxfi fəaliyyətə cəlb ediblər. Həssas məsələlər olurdu, sual verirdilər, mən də cavab verirdim. Mənimlə görüşənlərdən biri, bayaq dediyim kimi, təhlükəli iş təklif etdi, qəbul etmədim. Onlar Azadı da bu işə cəlb etmişdilər. İstəkləri Azərbaycanda fransızca danışan ziyalı şəxsləri bu işə cəlb etmək idi. Azadın da səfirlikdəki həmin şəxslərlə əlaqəsi var idi, mütəmadi görüşürdülər. Azadla başa düşdük ki, bizi manipulyasiya ediblər. Onlar bizə bu fəaliyyətimizin müqabilində təhlükəsizlik zəmanəti vermişdilər. Çünki onlar diplomat idi. Bizimlə görüşənlərin hamısı səfirliyin eyni idarəsində yüksək vəzifələrdə fəaliyyət göstərirdilər.

Onlar deyirdi ki, Azərbaycanda nə baş verirsə, onlara da məlumat verək. İranla, Rusiya ilə bağlı məsələləri öyrənmək istəyirdilər. Tapşırırdılar ki, İran və Rusiyalı biznesmenlərə inanmayaq.

Səfirlikdə çalışan 4-cü agent də olub, onunla mənim heç bir əlaqəm olmayıb. Həmin adam Azadla əlaqədə olub. Lakin mən onunla bir dəfə görüşmüşəm. Ölkələrarası münasibətlər gərginləşəndə mən Azadla onlara suallar verirdik. Soruşurduq ki, onlarla əlaqələrimiz qırıla bilərmi? Onlar isə heç bir problemin olmadığını demişdilər.

Həbs olunandan sonra Fransa hökumətindən kömək istəmişəm. Fransa hökumətinin bunlardan xəbəri olub.

Dekabrın 20-də Makron sərəncam verərək Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bununla da Fransa hökuməti öz xüsusi xidmət orqanları vasitəsilə Azərbaycanda həyata keçirmək istədiyi kəşfiyyat fəaliyyətinin uğursuzluqla nəticələnməsini bir növ etiraf etmiş oldu. Jerom və Loran dekabrın 26-da Azərbaycandan deport edilib. O agentləri də istintaq orqanı çağırıb. Onlar yaxşı bilirdilər ki, Azadla mən tutulmuşuq. Lakin onlar DTX-yə gəlməkdən imtina etdilər. Həmin şəxslər bizi xilas etmək üçün gəlmədilər. Fransa mediasında mənim haqqımda bir məlumat yox idi. Atam "Franspress"lə əlaqə yaradaraq mənim həbsimi məlumat verib. Lakin həmin media orqanı da bu barədə informasiya vermədi. Sonra da bir erməni bloger vasitəsilə mənim həbsim ictimailəşdi. Sonra Fransa hökuməti bəyənat verdi və həbsimin qeyri-qanuni olduğunu dedi. Mən Fransa hökumətini qınayıram ki, həbsimin bir ayına qədər niyə susmuşdular. Sonradan atamı Fransa Xarici İşlər Nazirliyinə çağıraraq söhbətlər ediblər və həmin şəxslərin guya “akkreditə olunmuş diplomatlar” olduğunu bildiriblər. Sonra atam məsələni aydınlaşdırmaq üçün Fransa xüsusi xidmət orqanlarına müraciət edib. Lakin indiyə qədər ona cavab verən olmayıb. Atam müraciətinin cavabsız qaldığını görərək, məsələni məhkəmə predmetinə çevirmək niyyətindədir. Mən də atamın bu mövqeyini dəstəkləyirəm".

Martin Rayan bu işdə günahkarın Fransa hökuməti olduğunu dilə gətirib:

"Həmin agentləri buraya Fransa hökuməti göndərib. İndi bütün bu işləri onlar yoluna qoymalıdır. Mən bu işdə çox əziyyət çəkmişəm. 1 il 3 aydır həbsdəyəm, işlərimi itirmişəm. Uzunmüddətli proyektlərim vardı. Ev almışdım, burada evlənəcəkdim. Hesab edirəm ki, Fransa hökuməti mənimlə dürüst davranmalı, mənə kömək etməli, həmin agentlərin davranışına görə Azərbaycan dövləti qarşısında məndən üzr istəməlidir.

Mənim həbsim onların dedikləri kimi qeyri-qanuni idisə, niyə bir şey etmədilər.

Öz vətəndaşlarının müdafiəsi cəhətdən Azərbaycan hökumətini nümunə göstərmək istəyirəm”.

Məhkəmənin növbəti prosesi martın 12-nə təyin edilib.

İttiham aktına görə, Martin Rayanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Martin Rayan və digərləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub. Merkorama MMC-nin baş direktoru olan Martin Rayana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Rayanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin dövlətə xəyanət ittihamı ilə mühakimə olunduğu bəlli olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Fevral 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see278

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see276

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see243

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see232

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see223

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see218

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see216

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see210

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see205

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see201

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see190

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see187

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see187

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see187

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see186

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see184

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see184

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see173

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see171

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri