Icma.az bildirir, Lent az saytına əsaslanaraq. Fransız mətbəxi olduqca məşhurdur. Fərqli-fərqli dadları ilə seçilir.
Lent.az ratatuy reseptini sizə təqdim edir: Ərzaqlar: 1 ədəd badımcan 1 ədəd balqabaq 2 ədəd pomidor 1 ədəd qırmızı bibər 1 ədəd yaşıl bibər 1 ədəd soğan 3 diş sarımsaq 2 xörək qaşığı zeytun yağı 1 çay qaşığı duz 1/2 çay qaşığı qara istiot 1/2 çay qaşığı kəklikotu (isteğe bağlı olaraq reyhan da olar) Pomidor sousu üçün: 3-4 ədəd yetişmiş pomidor 1 diş sarımsaq 1 xörək qaşığı zeytun yağı Bir çimdik duz və şəkər Hazırlanma qaydası: 1.
Pomidor sousunu hazırlayın: Pomidorları rəndələyin və tavaya əlavə edin. Zeytun yağı və əzilmiş sarımsağı əlavə edin.
Duz və bir az şəkər səpib 10-15 dəqiqə bişirin. Hazır sousu soba qabının dibinə yayın. 2.
Tərəvəzləri doğrayın: Badımcan, balqabaq, pomidor və bibərləri eyni qalınlıqda (təxminən 0.5 sm) dairəvi şəkildə doğrayın. 3.
Dizayn edin: Sobaya girən dərin bir qabın dibinə pomidor sousunu tökdükdən sonra doğranmış tərəvəzləri növbə ilə (məsələn: badımcan – balqabaq – pomidor – bibər) spiral şəklində düzün.
4. Üzərinə ədviyyat əlavə edin: Duz, istiot və kəklikotu səpin. Zeytun yağını üzərindən gəzdirin. Sobanı 180°C-də əvvəlcədən qızdırın.
Üzərini folqa ilə örtüb 30 dəqiqə bişirin. Sonra folqanı çıxarıb əlavə 15-20 dəqiqə də bişirin ki, üstü azca qızarsın.