FTB DÇ 2026 zamanı 400 dən çox dronu müsadirə edib

29.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib

ABŞ Federal Təhqiqat Bürosu (FTB) DÇ-2026 matçlarının keçirildiyi ərazilərdə 400-dən çox pilotsuz uçuş aparatı  (PUA) ələ keçirib.

QOL.az xəbər verir ki, bu barədə qurumun direktoru Keş Patel  X sosial şəbəkəsində məlumat yayıb.

“İndiyədək məhdudlaşdırılmış hava məkanının yaxınlığında havaya qaldırılan 400-dən çox pilotsuz uçuş aparatını ələ keçirmişik”, deyə Patel yazıb.

FTB rəhbəri bildirib ki, ABŞ-da dünya çempionatının oyunlarına ev sahibliyi edən şəhərlərdə PUA-ların qarşısını almaq üçün xüsusi qruplar fəaliyyət göstərir.

Onun sözlərinə görə, bazar günü Mayamidə FTB əməkdaşları 7 pilotsuz uçuş aparatını ələ keçirib. FIFA fan zonasında keçirilən tədbirlər zamanı isə daha 7 dron zərərsizləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью