FTB DÇ 2026 zamanı 400 dən çox dronu müsadirə edib
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) DÇ-2026 matçlarının keçirildiyi ərazilərdə 400-dən çox pilotsuz uçuş aparatı (PUA) ələ keçirib.
QOL.az xəbər verir ki, bu barədə qurumun direktoru Keş Patel X sosial şəbəkəsində məlumat yayıb.
“İndiyədək məhdudlaşdırılmış hava məkanının yaxınlığında havaya qaldırılan 400-dən çox pilotsuz uçuş aparatını ələ keçirmişik”, deyə Patel yazıb.
FTB rəhbəri bildirib ki, ABŞ-da dünya çempionatının oyunlarına ev sahibliyi edən şəhərlərdə PUA-ların qarşısını almaq üçün xüsusi qruplar fəaliyyət göstərir.
Onun sözlərinə görə, bazar günü Mayamidə FTB əməkdaşları 7 pilotsuz uçuş aparatını ələ keçirib. FIFA fan zonasında keçirilən tədbirlər zamanı isə daha 7 dron zərərsizləşdirilib.
Baxış sayı:170
Bu xəbər 29 İyun 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















