Fuad Hüseynəliyev: Fransa dənizaşırı ərazilərdə apardığı çirkin siyasətin geniş əkssəda do…
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rəsmi Paris dənizaşırı ərazilərdə apardığı çirkin siyasətin geniş əks-səda doğurduğundan narahatdır.
“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bunu CBC telekanalına bildirib.
Onun sözlərinə görə, Fransanın müstəmləkə siyasəti, eləcə də dənizaşırı ərazilərdə insan hüquqlarına və yerli əhalinin hüquqlarına riayət olunması ilə bağlı yaratdığı problemlər uzun müddət beynəlxalq səviyyədə qaldırılmayıb.
"Bu mövzu uzun müddət Fransa mətbuatında və digər kütləvi informasiya vasitələrində qaldırılmırdı.
Lakin Azərbaycan problemi yeni səviyyəyə çıxardı və indi bu barədə BMT tribunasından danışılır, beynəlxalq təşkilatların platformalarında müzakirə olunan bu məsələyə həm Bakıda, həm də dünyanın digər yerlərində beynəlxalq konfranslar həsr olunur.
Dənizaşırı ərazilər, onların həm təbii sərvətlərinin, həm də insanlarının amansız istismarı ilə bağlı məsələlər bütün dünyada müzakirə mövzusuna çevrilib.
Rəsmi Parisi də məhz bu narahat edir. Bu mövzu onilliklər, bəzi hallarda isə əsrlər boyu faktiki olaraq kölgədə qalıb.
Tam oxu
Xəbəri oxu