Icma.az
close
up
RU
Fuad Hüseynəliyev: Fransa dənizaşırı ərazilərdə apardığı çirkin siyasətin geniş əkssəda doğurduğundan narahatdır

Fuad Hüseynəliyev: Fransa dənizaşırı ərazilərdə apardığı çirkin siyasətin geniş əkssəda doğurduğundan narahatdır

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəsmi Paris dənizaşırı ərazilərdə apardığı çirkin siyasətin geniş əks-səda doğurduğundan narahatdır.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bunu CBC telekanalına bildirib.

Onun sözlərinə görə, Fransanın müstəmləkə siyasəti, eləcə də dənizaşırı ərazilərdə insan hüquqlarına və yerli əhalinin hüquqlarına riayət olunması ilə bağlı yaratdığı problemlər uzun müddət beynəlxalq səviyyədə qaldırılmayıb.

"Bu mövzu uzun müddət Fransa mətbuatında və digər kütləvi informasiya vasitələrində qaldırılmırdı. Lakin Azərbaycan problemi yeni səviyyəyə çıxardı və indi bu barədə BMT tribunasından danışılır, beynəlxalq təşkilatların platformalarında müzakirə olunan bu məsələyə həm Bakıda, həm də dünyanın digər yerlərində beynəlxalq konfranslar həsr olunur. Dənizaşırı ərazilər, onların həm təbii sərvətlərinin, həm də insanlarının amansız istismarı ilə bağlı məsələlər bütün dünyada müzakirə mövzusuna çevrilib. Rəsmi Parisi də məhz bu narahat edir. Bu mövzu onilliklər, bəzi hallarda isə əsrlər boyu faktiki olaraq kölgədə qalıb. Lakin son onilliklərdə KİV-in inkişafı bu məsələnin gizlədilməsini qeyri-mümkün edib", - o bildirib.

“Report”un direktoru vurğulayıb ki, Fransanın hazırkı hökuməti nəinki səmərəsiz daxili, həm də qərəzli xarici siyasət həyata keçirir, xüsusilə də Azərbaycanın daxili işlərinə qarışır.

Onun sözlərinə görə, Makron dəfələrlə erməniləri dəstəklədiyini bəyan edib. "Onun Ermənistanı ermənilərin hüquqlarını və s. dəstəkləməsi barədə açıq şəkildə səsləndirdiyi bəyanatlar var. O, Qarabağ ermənilərinin hüquqlarından da danışır. Bu isə Azərbaycanın işlərinə birbaşa müdaxilədir", - F.Hüseynəliyev bildirib.

O, həmçinin yürütdüyü uğursuz siyasətə görə Makronun prezident postunu vaxtından əvvəl tərk edə biləcəyini də qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://report.az
archiveBu xəbər 07 Yanvar 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see281

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see223

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see185

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see133

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri