Kulis.az saytına istinadən Icma.az xəbər verir. Kulis.az Ömər Xəyyamın “Pəstah və sairə” köşəsini təqdim eedir.
Məlum, təhsil sistemimizin ən böyük problemi əzbərçilikdir. Şagird öyrəndiklərini sorğulaya, analiz/realizə edə bilmir.
Kitabdakıları, müəllimin dediklərini kopyalayır, ancaq bilgini təhlil edə, təhlil etdiyini isə tətbiq edə bilmir: Eşidir, əzbərləyir, görür, əzbərləyir və sonra haman informasiyanı olduğu kimi istehsal edir.
Beləcə, müəllimin informasiya ötürücülüyü funksiyasını şagird müstəvisində uğurla davam etdirir.Əlbəttə, bu sistemin faydalı iş əmsalı sıfırdır.Yaxşı, görək, uşaqlara nə əzbərlətdirirlər?“Təbəqə metalın taxta və ya əlvan metaldan olan çəkic və taxta tirciyin köməyilə düzəltmə löhvəsi üzərində hazırlanmasıdır…”Bu cümlə beşinci sinif Texnologiya fənni üzrə dərslikdəndir.
Dərslik “Aspoliqraf” nəşriyyatında çap edilib, müəllifləri isə Natiq Axundov, Hümeyir Əhmədov, Fəridə Şərifova və Rüxsarə Ələkbərovadır.Əslində, peşə məktəblərinin vəsaiti səviyyəsində tərtib olunmuş dərslik niyəsə beşinci sinif proqramına da salınıb və niyəsə beşinci sinif şagirdi Simuzərə əzbərlətdirirlər ki, pəstahın üzərinə emal sərhədlərini və yerini göstərən kontur xətlərinin çəkilməsi və nöqtələrinin qeyd olunması prosesinə nişanlama deyilir.
(səh. 11) səh.11Və Simuzər onu da mütləq bilməlidir ki, metal təbəqə qabarıq hissələri üstdə olmaqla yerləşdirilir və təbəqənin kənarından q
(səh. 45) səh.45Bu cümlələri ki, oxuyuram, elə bilirəm, kimsə mənim başıma-başıma çəkiclə döyəcləyir və nəhəng “Niyə?” sualı taxta tircik ki
O, bu naqolay/əndirəbadi cümlələri niyə əzbərləməli və bapbalaca beyninin yaddaş diskini nədən ötrü taxta-şalbanla doldurmalıdır?