Icma.az
close
up
RU
Fuqan, şerxebel və pəstah Beşinci sinif dərsliyindəki biabırçılıq

Fuqan, şerxebel və pəstah Beşinci sinif dərsliyindəki biabırçılıq

Kulis.az saytına istinadən Icma.az xəbər verir.


Kulis.az Ömər Xəyyamın “Pəstah və sairə” köşəsini təqdim eedir.
Məlum, təhsil sistemimizin ən böyük problemi əzbərçilikdir.
Şagird öyrəndiklərini sorğulaya, analiz/realizə edə bilmir.
Kitabdakıları, müəllimin dediklərini kopyalayır, ancaq bilgini təhlil edə, təhlil etdiyini isə tətbiq edə bilmir: Eşidir, əzbərləyir, görür, əzbərləyir və sonra haman informasiyanı olduğu kimi istehsal edir.
Beləcə, müəllimin informasiya ötürücülüyü funksiyasını şagird müstəvisində uğurla davam etdirir.
Əlbəttə, bu sistemin faydalı iş əmsalı sıfırdır.
Yaxşı, görək, uşaqlara nə əzbərlətdirirlər?
“Təbəqə metalın taxta və ya əlvan metaldan olan çəkic və taxta tirciyin köməyilə düzəltmə löhvəsi üzərində hazırlanmasıdır…”
Bu cümlə beşinci sinif Texnologiya fənni üzrə dərslikdəndir.
Dərslik “Aspoliqraf” nəşriyyatında çap edilib, müəllifləri isə Natiq Axundov, Hümeyir Əhmədov, Fəridə Şərifova və Rüxsarə Ələkbərovadır.

Əslində, peşə məktəblərinin vəsaiti səviyyəsində tərtib olunmuş dərslik niyəsə beşinci sinif proqramına da salınıb və niyəsə beşinci sinif şagirdi Simuzərə əzbərlətdirirlər ki, pəstahın üzərinə emal sərhədlərini və yerini göstərən kontur xətlərinin çəkilməsi və nöqtələrinin qeyd olunması prosesinə nişanlama deyilir. (səh. 11)

səh.11
Və Simuzər onu da mütləq bilməlidir ki, metal təbəqə qabarıq hissələri üstdə olmaqla yerləşdirilir və təbəqənin kənarından qabarıq hissənin mərkəzinə doğru döyəclənir; nazik, yumşaq təbəqələr, adətən, taxta çəkiclə döyəclənir və ya taxta tirciklə hamarlanır. (səh. 45)

səh.45
Bu cümlələri ki, oxuyuram, elə bilirəm, kimsə mənim başıma-başıma çəkiclə döyəcləyir və nəhəng “Niyə?” sualı taxta tircik kimi qol-qanadımı budayır.
Beşinci sinifdə oxuyan Simuzərin nə günahı var axı… Bu cümlələrin ağırlığını heç mən, - 120 kiloluq redaktor qaldıra bilmirəm, qaldı ki, çəkic boyda tifil…
Metal təbəqənin hazırlanması qaydasının beşinci sinif şagirdinin bapbalaca ömründəki əhəmiyyəti nə qədərdir?
O, bu naqolay/əndirəbadi cümlələri niyə əzbərləməli və bapbalaca beyninin yaddaş diskini nədən ötrü taxta-şalbanla doldurmalıdır?
Ümumiyyətlə, bu dərsliyin təhsil prosesindəki faydalı iş əmsalı nə qədərdir?
Deyir, “şerxbel” sözü – alman mənşəlidir və “kobud kəsmə üçün yonucu” deməkdir. Fuqan isə rəndədən uzundur. Fuqanla yonanda uzun pəstahlarda hamar, yastı səthlər alınır. Pəstahı verstakda dayaq və paz arasında elə bərkidirlər ki, emal olunan səth yuxarıda olsun. (səh.33)

səh.33
Beləcə, basabasda sürtlüən, süzülən və nəhayət, dartılıb cırılan ömrümüzə bir paz da siz çalırsınız…
Fuqanınız qırılsın…
Bu materialları əzbərləyən adamın pəstahı dözərmi?
Ay xarrat, başına dönüm, sənin xarlatmağa sexin yoxdur ki, slikonunu təhsilin ortasına sıxırsan?
Üstəlik, bu fənn üzrə, yəni, faydasız, dəxlisiz və bir o qədər də ağır mövzu əsasında test də tərtib ediblər.
Yazır ki, oduncaqdan və təbəqə oduncaq materiallarından detalların və pəstahların ölçülməsi, nişanlanması və yoxlanması üçün müxtəlif alətlərdən istifadə edirlər. (səh. 11)

… Bəs Simuzər nə bilsin, oduncaq nədir…
Tutalım, oduncağın nə olduğunu bilir, yaxşı, bəs bu tifil hardan və nə cür bilsin, pəstah nədir?
Sənin Simuzərə göstərməyə pəstahın var? Fuqanın var?
Sexin… olsun ki, var, evdədir, bəs bu tifillərin əlinə nə verəcəksən?
Faydasız nəzəriyyəni əzbərlətməyiniz uşaqların beyninə zir-zibil yükləmək deyilsə, nədir? Söhbət əqli məsələdən getsəydi, mən, ümumiyyətlə, susardım. Axı söhbət əl əməyindən gedir…

Nəzəriyyə, nəzəriyyə… - özü də necə nəzəriyyə… Bəs praktika?
Tutalım, məktəblərdə şərait quruldu, uşaqlara fuqan aldırdınız; biri çəkic gətirdi, biri pəstah, o biri də yüzlük mismar.
Bu da sənə sex.
İndi cavab ver görüm, beşinci sinif uşağının əlinə fuqan vermək və onun, təxminən, 6 meqabaytlıq yaddaşını pəstahın üstünə sərib döyəcləmək haman uşaqdan ötrü indi və gələcəkdə nə qədər faydalıdır?
Yuxarı siniflərdə, bəlkə…
Yenə deyirəm, əslində, bu dərslik peşə məktəblərinin materialıdır, ancaq olsun, deyək ki, mən səhv edirəm, bilmirəm, mütləq məktəbdə də bu əntiq məlumatlar öyrədilməli, test edilməlidir…
O zaman zəhmət çəkib, uşaqları könüllü şəkildə cəlb etmək lazımdır da, yox?
Yusif xarrat olmaq istəyirsə, gəlsin sənin sexinə, yox, əgər Simuzər həkim olmaq istəyirsə, ona dəymə, qoy o getsin başqa sinifdə lazımi dərsində otursun.

Növbəti səhifədə yazır: “Tablandırma – termiki emalın bir növü olub, poladı böhran temperaturundan (yəni, 30-50 dərəcədən) yuxarı qızdırıb həmin temperaturda saxlamaq və sürətlə soyutmaqdan ibarətdir…” (səh.31)

səh.31
Nədir bu? Beşinci sinif…Simuzər… və böhran temperaturu…
Hər şeyi öz adıyla çağırmaq lazımdır da, açığı.
Sizin dərslik vəsaitinizin, bu vəsaitdəki alətlərinizin, o alətlərin iş prinsipləri və xarakteristkası haqqında qurduğunuz qəliz/qəliz, qəribə/qəribə cümlələrinizin… biri isə belədir: Ailənin yaranması ilə eyni zamanda ailə təsərrüfatı fəaliyyətə başlayır. (səh.21) Və beləcə, ev təsərrüfatının idarə olunması haqqında məsləhətlərlə davam edirsiniz.

səh.21

Beşinci sinif…Simuzər… və ailə təsərrüfatı...
Özü də hansı dildə... Hansı cümlələrlə...
Əlbəttə, Simuzər o dərslikdə yazılanları başa düşmür, başa düşmədiyinə görə də texniki qaydada əzbərləyir, dalınca da test...
Və elə səhərsi gün də əzbərlədiyini unudur.
Yəni, tamamilə faydasız akt... Bu aktın qazananı kimdir bilmirəm, fəqət uduzanı, dəqiq bilirəm, beşincilər və sabahımızdır.

Yəqin ki, Təhsil Nazirliyi bu məsələ ilə bağlı açıqlama verəcək.

"O, sanki azad olmağa can atan bir quşdur" - Valeh Ağayev Sevgisiz nikahın qurbanı - Bir-birinə xəyanət edən ər-arvad Səhnədə yox, həyatda daha amansız və absurd oyun gedir - MEHRİBAN ƏLƏKBƏRZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Mart 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri