“Futbol topu kimi o verilişdən bu verilişə hoppanırlar...” xanəndə tənqid etdi | Icma.az
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Onu kim deyir ki, çadırda oxuyan müğənni müğənni deyil?
Çadırda oxuyan müğənnilər bu gün yarım saatı 5-6 min manata gedən müğənnilərdən milyon qat gözəl oxuyurlar, gözəl də sənətkardırlar.
Hamı elə çadır toylarından çıxıb da. Şəxsən mən özüm də çadır toylarından çıxmışam. Çadır toylarına nə olub ki?
O vaxtın toyları məktəb idi, indiki toylar yox. Çünki o toylardan oxuyanlar çıxırdı, təlxəklər yox” Bunu Moderator.az -a açıqlamasında əməkd
O daha sonra əlavə edib: “Azərbaycan incəsənətində bir müğənni göstərin ki, o çadır toylarında oxumasın.
Allah rəhmət etsin Məmmədbağır Bağırzadə o qədər çadır toylarında oxuyub ki. Cəbrayıllılar Məmmədbağırı “kalendar”-la toya yazdırıblar.
Beyləqanda bir çadır toyları oxuyub ki, gəl görəsən. Heç kimə də o yuxarıdan aşağı baxmayıb.
Qədir Rüstəmovun özü, Şahmalı Kürdoğlunun özü çadır toylarından çıxıblar. İçi elə mən özüm qarışıq.
Tam oxu
Xəbəri oxu