Icma.az
close
up
RU
“Futbol topu kimi o verilişdən bu verilişə hoppanırlar...” xanəndə tənqid etdi

“Futbol topu kimi o verilişdən bu verilişə hoppanırlar...” xanəndə tənqid etdi

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Onu kim deyir ki, çadırda oxuyan müğənni müğənni deyil? Çadırda oxuyan müğənnilər bu gün yarım saatı 5-6 min manata gedən müğənnilərdən milyon qat gözəl oxuyurlar, gözəl də sənətkardırlar. Hamı elə çadır toylarından çıxıb da. Şəxsən mən özüm də çadır toylarından çıxmışam. Çadır toylarına nə olub ki? O vaxtın toyları məktəb idi, indiki toylar yox. Çünki o toylardan oxuyanlar çıxırdı, təlxəklər yox”

Bunu Moderator.az -a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib.  O daha sonra əlavə edib:

“Azərbaycan incəsənətində bir müğənni göstərin ki, o çadır toylarında oxumasın. Allah rəhmət etsin Məmmədbağır Bağırzadə o qədər çadır toylarında oxuyub ki. Cəbrayıllılar Məmmədbağırı “kalendar”-la toya yazdırıblar. Beyləqanda bir çadır toyları oxuyub ki, gəl görəsən. Heç kimə də o yuxarıdan aşağı baxmayıb. Qədir Rüstəmovun özü, Şahmalı Kürdoğlunun özü çadır toylarından çıxıblar. İçi elə mən özüm qarışıq. Çadır toyları səhər saat 12-də başlayırdı, düz saat 2-yə, 3-ə, bəzən də 5-ə qədər muğama qulaq asırdılar. Sonra oynamaq istəyənlər yığışırdı, sifarişlərini verirdilər və toyun digər hissəsi başlayırdı. İndiki kimi giydirmə mahnılar yox idi. Ağayanə kişilərin heç biri gedib qətiyyən yüngül mahnılar sifariş verməzdi. Hazırda həmin dəbə qayıdırlar. Bu yaxınlarda mən Mirələmin oğlunun toyunda iştirak etdim. Açıq havada idi. Bir dənə üstünün palatkası çatmırdı. Həqiqətən zövq aldım” deyə xanəndə bildirib.

Əməkdar artist bildirib ki, toylarının sayı azalıb:

“Bir qrup qız  oxuyanları var ki, atdanırlar bu kanaldan, o kanala. Verilişlər onları ortalığa salıb, elə bil futbol topudurlar. Bu veriliş vurub ona atır, o veriliş vurub buna atır. Toy, mahnı davası gedir. Mahnı da barı mahnı olar. Deməzdim ki, mən yaxud mənim kimi sənətçilər kənarda qalıb. Bizim də öz tamaşaçılarımız var. Düzdür, əvvəlki dərəcədə olmasa da, toysuz deyilik. Əvvəl 1 ayda 10-15 toy oxuyurdumsa, indi 3-4 toy ancaq çalırıq. O da yarım saatlıq, 1 saatlıq. Yenə də şükür edirik ki, o zövqlü insanlarımız, ziyalılarımız var. Mən bu yaxınlarda Yardımlıda çadır toyunda oxuyurdum. 70 yaşında kişi gəlib mənə İlhamə Quliyevanın, Rübabə Muradovanın, Elmira Rəhimovanın repertuarından sifariş verir. Özü də ucqar dağ kəndində” deyə xanəndə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri