Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Zirə” Misli Premyer Liqasının 29-cu turunda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə məğlub olub.
İdmanxeber.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: – Rəqibi qələbə münasibətilə təbrik edirəm.
Bizim üçün ağır oyun oldu. “Qarabağ”a qarşı oyunlar asan keçmir. Rəqib bu gün ən güclü heyəti ilə çıxış edirdi.
Bu, işimizi daha da çətinləşdirirdi. Futbolçularım yaxşı mübarizə apardılar. Matç rəqibin üstünlüyü ilə keçirdi.
Bunu oyundan əvvəl də bilirdik. Etibarlı müdafiə olunaraq, daha çox əks-hücumlara bel bağlayırdıq. Futbolçularımdan razı qaldım.
Beşinci oyundur ki, “Qarabağ” standart vəziyyətdən bizə 9-cu qolu vurur. Bunun qarşısını ala bilmirik. Futbolçularımı təbrik edirəm.
İnanırdılar, mübarizə aparırdılar. Çox yaxın idik bərabərliyə. Bu gün buradan məğlub hissi ilə ayrılmıram. Bərabərliyə layiq idik.