Icma.az
close
up
RU
“Futbolçularımı məğlub olmamış kimi görürəm” Rəşad Sadıqov

“Futbolçularımı məğlub olmamış kimi görürəm” Rəşad Sadıqov

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Zirə” Misli Premyer Liqasının 29-cu turunda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim üçün ağır oyun oldu. “Qarabağ”a qarşı oyunlar asan keçmir. Rəqib bu gün ən güclü heyəti ilə çıxış edirdi. Bu, işimizi daha da çətinləşdirirdi. Futbolçularım yaxşı mübarizə apardılar. Matç rəqibin üstünlüyü ilə keçirdi. Bunu oyundan əvvəl də bilirdik. Etibarlı müdafiə olunaraq, daha çox əks-hücumlara bel bağlayırdıq. Futbolçularımdan razı qaldım. Beşinci oyundur ki, “Qarabağ” standart vəziyyətdən bizə 9-cu qolu vurur. Bunun qarşısını ala bilmirik. Futbolçularımı təbrik edirəm. İnanırdılar, mübarizə aparırdılar. Çox yaxın idik bərabərliyə. Bu gün buradan məğlub hissi ilə ayrılmıram. Bərabərliyə layiq idik. Qarşıdakı matçlara baxacağıq, var gücümüzlə vacib görüşlərə hazırlaşacağıq.

– Penaltini qaçıran futbolçunu bağışlamaq olar?

– Niyə olmur? Özüm də qaçırmışam, usta futbolçular da qaçırıb. Başqa epizodlar da var idi ki, qaçırdıq. Oyunumuz bir penalti ilə bağlı deyildi. “Qarabağ” böyük təzyiqlə oynayır. Buradan 1 xalla ayrılmaq olardı. Futbolçularımı məğlub olmamış kimi görürəm. 

– Ötən mövsüm avrkuboklarda gördük ki, penaltini vurmaqda çətinlik çəkən oyunçular var. Bununla bağlı xüsusi məşqlər keçirsiz?

– Penaltinin xüsusi məşqi yoxdur. Məşqlərdə 10 penaltini vururdum. Amma oyun zamanı böyük həyəcan olurdu. Qismət yaxşı zərbə vurdu. Son dəqiqələr idi, bəlkə təzyiq var idi. Qismət komandada kritik və uğurlu penaltilər yerinə yetirib. Penalti üzərində çox dayanmaq istəmirəm.

– Bu mövsüm Yusuf Lavalı görə biləcəyik?

– Müalicəsi gedir. Ola bilsin ki, son turlara yetişsin. Necə hazır olacaq, onu zaman göstərəcək. Əməliyyat edilib, bərpası gedir.

– “Zirə” yaranandan bu günə qədər ən yaxşı formasındadır. Son matçlarda stabil oynayırsız. Bu stabilliyi sona qədər saxlamaq olacaq?

– Zaman göstərəcək. Stabil oynamamışıq. 1-ci dövrənin sonu, 2-ci dövrənin əvvəlində uğursuzluq var idi. Çempionatımızda qələbə qazanmaq çətindir. Bundan sonrakı matçlar vacibdir. Hər oyunda güc sərf etməliyik. Mənim üçün vacib olan oyunun stabilliyidir. Gələcəklə bağlı danışmaq çətindir. 

– Gedişat onu göstərir ki, avrokuboklara gedəcəksiz. Bu heyət avrokuboklar üçün yetərlidir, yoxsa əlavələr olmalıdır?

– Bir şey bitməmiş, rəsmiləşməmiş o mövzuları danışmıram. Doğru olmaz. Avrokuboklara vəsiqəni təmin etdiyimizi deməzdim. Evdə güclü rəqiblərlə oynayacağıq. Heç bilmirəm avrokubokların birinci oyunu nə vaxtdır. Ona da baxmamışam. Allah nəsib edər düşərik, sonra bu haqda danışarıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 06 Aprel 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri