Futbolçularımız niyə qol vura bilmirlər? Premyer Liqada acınacaqlı mənzərə | Icma.az
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Futbolun bəzəyi qoldur. Azarkeşləri oyuna bağlayan da məhz budur.
Gözəl bir ötürmə və ya taktiki quruluş nə qədər vacib olsa da, onları dəyərli edən nəticə qoldur.
Bu səbəbdən hücumçular, qol vuran oyunçular daha çox ön plana çıxırlar.
"Qızıl top" kimi nüfuzlu fərdi mükafatların əksəriyyəti məhz hücum xəttində çıxış edən, məhsuldar futbolçulara verilir.
Bir qədər klassik olan bu girişdən aydın olduğu kimi bu dəfə qoleadorlardan bəhs edəcəyik.
Daha doğrusu, azərbaycanlı futbolçuların qol vura bilməmə problemindən.
Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir: Premyer Liqada acınacaqlı mənzərə Azərbaycan çempionatının oyunları, adətən, bir o qədər də məhsuldar keçmir.
Bu səbəbdən yekun bombardirlik sıralamasında da gözqamaşdıran rəqəmlər olmur.
Tam oxu
Xəbəri oxu