Icma.az
close
up
RU
Futbolçularımız niyə qol vura bilmirlər? Premyer Liqada acınacaqlı mənzərə

Futbolçularımız niyə qol vura bilmirlər? Premyer Liqada acınacaqlı mənzərə

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbolun bəzəyi qoldur. Azarkeşləri oyuna bağlayan da məhz budur. Gözəl bir ötürmə və ya taktiki quruluş nə qədər vacib olsa da, onları dəyərli edən nəticə qoldur. Bu səbəbdən hücumçular, qol vuran oyunçular daha çox ön plana çıxırlar. "Qızıl top" kimi nüfuzlu fərdi mükafatların əksəriyyəti məhz hücum xəttində çıxış edən, məhsuldar futbolçulara verilir. Bir qədər klassik olan bu girişdən aydın olduğu kimi bu dəfə qoleadorlardan bəhs edəcəyik. Daha doğrusu, azərbaycanlı futbolçuların qol vura bilməmə problemindən.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Premyer Liqada acınacaqlı mənzərə

Azərbaycan çempionatının oyunları, adətən, bir o qədər də məhsuldar keçmir. Bu səbəbdən yekun bombardirlik sıralamasında da gözqamaşdıran rəqəmlər olmur. 30 turdan sonra Premyer Liqamızda ən məhsuldar futbolçu Leandro Andradedir. "Qarabağ"ın kabo-verdeli yarımmüdafiəçisi 14 dəfə topu tora qovuşdurmağı bacarıb. Onu "Sabah"dan Cessi Sekidika və "Zirə"dən Davit Volkov izləyir - hərəyə 10 qol. Peşəkar Futbol Liqasının rəsmi saytında yer alan bombardirlik sıralamasında ilk 14 futbolçu arasında cəmi bir yerli var. "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə səkkiz qolla 8-ci yerdədir. İlk 25 futbolçu arasına isə hərəyə beş qolla Toral Bayramovla Rüfət Abdullazadə də daxil olmağı bacarıblar.

Keçən mövsümün yekun sıralamasında da oxşar durum olub. O zaman da Nəriman Axundzadə əcnəbilərin bombardirlik mübarizəsində varlıq göstərməyə çalışıb. Cəmi iki mövsüm əvvəl isə tam fərqli mənzərə olub. Ramil Şeydayev 22 qolla bombardir adını qazanıb. Ən yaxın izləyicisi Musa Qurbanlı 21 dəfə fərqlənib. Sıralamada Emin Mahmudov üst pillələrdə olub. İndi isə vəziyyət 180 dərəcə dəyişib.

Hücumçu tapılmır

Premyer Liqa klublarının irəli xətt oyunçularına baxdıqda, bir qayda olaraq legioner futbolçuları görürük. Hücumçuların az qala hamısı əcnəbilərdir. Burada yalnız Nəriman Axundzadəni istisna edə bilərik. O da Juninyonun "Qarabağ"ı tərk etməsindən sonra hücumun sivri ucunda yer almağa başlayıb. Gənc futbolçu cinahda daha effektivdir. "Neftçi"də Ağadadaş Salyanski ara-sıra şans qazanır, "Qarabağ"ın iki il öncə bombardirlər siyahısında olan hücumçusu Musa Qurbanlı isə formasından çox uzaqdır.

Təkcə hücumun mərkəzi deyil, vinger, oyunqurucu kimi mövqelərdə də klublar bir qayda olaraq əcnəbilərdən yararlanırlar. Burada Rüfət Abdullazadə, gənc oyunçulardan Xəyal Əliyev, Murad Musayevi istisna edə bilərik. Beləliklə, futbolumuzda təkcə hücumçu deyil, ümumilikdə yaradıcılıq problemi var.

Yaş limitinin fəsadı

Uzun illər çempionatımızda klubların start heyətdə yaşı 21-dən az olan azı bir yerli futbolçunu meydana buraxması qaydası tətbiq olunub. İlk baxışdan bunun gənc oyunçuların inkişafına təkan verəcəyi təəssüratı yaranır. Həqiqətən, bəzi futbolçular məhz limitin sayəsində üzə çıxdılar. Düzdür, limitə görə oynayanların bir çoxu yaşları artdıqca, heyətə düşməkdə çətinlik çəkdilər. Ancaq bəzi oyunçuların diqqət çəkməsində bunun rolu oldu.

Limitin fəsadı isə daha böyükdür. Klubların baş məşqçiləri gənc futbolçuları əsasən iki mövqedə oynadırdılar. Bunlardan biri yarımmüdafiənin dayaq zonası, digəri müdafiənin cinahları idi. Müdafiənin mərkəzində mümkün səhvlər, irəli xətdə isə qeyri-effektiv olmaları çalışdırıcların bu mövqelərdə gənc futbolçulara şans verməməsinə səbəb oldu. Beləliklə, akademiyalar üzərində dayaq yarımmüdafiəçisi və cinah müdafiəçisi tələbləri artdı. Akademiyaların məhz bu istiqamətlərə fokuslanması, eyni zamanda bu mövqelərə tələbatın artması ilə gənc oyunçular həmin istiqamətə üz tutdular. Hazırda futbolumuzda hücumçu, vinger, hətta mərkəz müdafiəçisi mövqelərində ciddi defisit olmasının səbəblərindən biri də məhz tətbiq olunan limitin kor-koranəliyi idi.

Problemin milli komandaya təsiri

Azərbaycan yığmasının əsas hücumçuları ölkə xaricində çıxış edirlər. Mahir Emreli Almaniyanın "Nürnberq", Renat Dadaşov Polşanın "Radomyak" klubunun formasını geyinir. Bu mövsüm Emreli dörd, Dadaşov isə iki qolun müəllifi olmağı bacarıb.

Futbolumuzdakı ümumi qeyri-məhsuldarlıq milli komandaya da təsirsiz ötüşməyib. Yığma son altı rəsmi oyunda cəmi üç qol vura bilib. Halbuki həmin müddətdə Estoniya kimi zəif rəqiblə iki oyun keçirmişik. Son iki yoxlama matçında isə komandamız Bakıda nə Haitiyə, nə də Belarusa qol vura bilib. Görünür ki, futbolumuzdakı yaradıcı oyunçu çatışmazlığı milli komandaya da mənfi mənada təsirini göstərir. Düzdür, yığmamız heç də hər zaman məhsuldarlığı ilə seçilməyib, lakin indiki situasiya da olduqca acınacaqlıdır.

Limitin ləğvi necə təsir edəcək?

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunacaq. Əgər indi komandalar start heyətdə maksimum 8 əcnəbi oyunçuya yer verə bilirsə, artıq 11 xarici ilə oynamaq mümkün olacaq. Bu isə bəzən məcburiyyətdən oynadılan yerli futbolçuların da şans almağını çətinləşdirəcək.

Əlbəttə, qərar yenidir və futbolumuza təsirlərinin necə olacağını yalnız praktikadan keçdikdən sonra müəyyənləşdirmək olar. Lakin sadə məntiq onu deməyə əsas verir ki, hətta limit olduğu dövrdə az qala heç nə ilə diqqət çəkməyən yerli futbolçular üçün limitin ləğvindən sonra vəziyyət daha da çətinləşəcək. Əgər indi qol vurmaq problemindən bəhs ediriksə, bu gedişlə azərbaycanlı futbolçuların niyə oynamadığı və ya niyə heyətə düşə bilmədiyi mövzusu gündəmə gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Aprel 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see223

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see211

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see195

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see194

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see185

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see180

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see146

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see146

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see143

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see140

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see139

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see139

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see137

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri