Füzuli sözünün sadə anlamı | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Füzuli sözü nə vaxt sadə olub ki...
Füzulini tanıdığımız vaxtdan qəliz ərəb-fars sözləri, mürəkkəb, mübhəm fikirlər həmişə ətrafımızda dolaşmış, biz isə Füzuli sözünü, mənasını, eşqini bu mürəkkəbliyin içərisindən çıxarıb, özümüz üçün aydınlaşdırmağa çalışmışıq.
Buna isə bəzən nail olsaq da (son onilliklərdə), adətən (sovet dövründə), nail olmamışıq.
Amma nə olur-olsun, biz Füzulini sevmiş, onun təkcə ziyalılar, alimlər üçün deyil, bütün xalq üçün oxunaqlı, əlçatan olmasını istəmişik.
Alimlərimiz daim Füzulinin əsərlərinin müxtəlif nəşrlərini hazırlamış, onun haqqında rəngarəng tədqiqatlar aparmışlar.
Amma son illəri çıxmaq şərtilə Füzuli əsərlərini sadələşdirmək fikri ağlımıza gəlməmiş, ümumiyyətlə, biz klassik ədəbiyyata yanaşmaqda türk və İran ədəbiyyatşünaslığında geniş yayılmış bu prinsipdən istifadə etməmiş, daha çox içi boş, adı dəbdəbəli dissertasiyalar yazmağa üstünlük vermişik.
Nəticəsi də bu... Ona görə də xalq Füzuliyə həmişə əlçatmaz, anlaşılmaz, lakin müqəddəs, sirli-sehirli bir şair kimi yanaşmışdır.
Bu mənada Prezident İlham Əliyevin Füzulinin 530 illiyi barədə verdiyi fərman dahi şairin irsinin öyrənilməsinə xüsusi bir təkan vermiş və hamını bu böyük şairin yaradıcılığını bir daha öyrənməyə, araşdırmağa həvəsləndirmişdir.
Tam oxu
Xəbəri oxu