Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Füzuli sözünün sadə anlamı

Füzuli sözünün sadə anlamı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Füzuli sözü nə vaxt sadə olub ki...  Füzulini tanıdığımız vaxtdan qəliz ərəb-fars sözləri, mürəkkəb, mübhəm fikirlər həmişə ətrafımızda dolaşmış, biz isə Füzuli sözünü, mənasını, eşqini bu mürəkkəbliyin içərisindən çıxarıb, özümüz üçün aydınlaşdırmağa çalışmışıq. Buna isə bəzən nail olsaq da (son onilliklərdə), adətən (sovet dövründə), nail olmamışıq. Amma nə olur-olsun, biz Füzulini sevmiş, onun təkcə ziyalılar, alimlər üçün deyil, bütün xalq üçün oxunaqlı, əlçatan olmasını istəmişik. 

Alimlərimiz daim Füzulinin əsərlərinin müxtəlif nəşrlərini hazırlamış, onun haqqında rəngarəng tədqiqatlar aparmışlar. Amma son illəri çıxmaq şərtilə Füzuli əsərlərini sadələşdirmək fikri ağlımıza gəlməmiş, ümumiyyətlə, biz klassik ədəbiyyata yanaşmaqda türk və İran ədəbiyyatşünaslığında geniş yayılmış bu prinsipdən istifadə etməmiş, daha çox içi boş, adı dəbdəbəli dissertasiyalar yazmağa üstünlük vermişik. Nəticəsi də bu... Ona görə də xalq Füzuliyə həmişə əlçatmaz, anlaşılmaz, lakin müqəddəs, sirli-sehirli bir şair kimi yanaşmışdır. Bu mənada Prezident İlham Əliyevin Füzulinin 530 illiyi barədə verdiyi fərman dahi şairin irsinin öyrənilməsinə xüsusi bir təkan vermiş və hamını bu böyük şairin yaradıcılığını bir daha öyrənməyə, araşdırmağa həvəsləndirmişdir. 

Bu baxımdan tanınmış jurnalist Vasif Sadıqlının yenicə işıq üzü görmüş “Füzuli. Qəzəllər” kitabı olduqca dəyərlidir.  Dəyərlidir ona görə ki, bu kitab bizi, ilk növbədə,  Füzuli sözünün, Füzuli qəzəllərinin sadələşdirilmiş variantı ilə tanış edir. Yəni Füzuli sözünü orijinalda, Azərbaycan dilində oxuyub başa düşməyən oxucu, bu kitab vasitəsi ilə Füzuli sözü, Füzuli fikri ilə tanış olur, onun mürəkkəb düşüncə tərzinin sirlərini qavrayır. Bu işi görmək isə o qədər də asan, sadə iş deyildir. Füzuli sözünün məna incəliyini anlamaq geniş oxucu kütləsinə çətin olduğu kimi, bəzən alimlərin özləri üçün də çətindir. Lakin alimin, tədqiqatçının işi, bu mürəkkəbliyi asan etməkdən ibarət olduğu üçün, biz öz işimizdən zövq alır, xüsusilə Füzuli kimi böyük bir şairin irsi ilə məşğul olduğumuza görə ikiqat ləzzət alırıq. Amma Füzuli sözünü, Füzuli mənasını anlamaq, həqiqətən də, bəzən alimlər  üçün də çətin olduğundan bu kitabın əhəmiyyəti bir daha məlum olur. 

Bu baxımdan Vasif Sadıqlının indi daha çox jurnalist kimi fəaliyyət göstərməsinə baxmayaraq, onun bir filoloq kimi baza təhsilinə sadiq qalaraq Füzuli sözünü - qəzəllərini sadələşdimək kimi çətin bir işə girişməsi olduqca diqqətəlayiqdir. Bu isə, dediyimiz kimi, müəllifdən xüsusi hazırlıq tələb edir. Birincisi, bu çətin işə qədəm qoyan tədqiqatçı, ilk növbədə, klassik irsə yaxşı bələd olmalı, onun ruhunu, mahiyyətini duymalıdır. Təbii ki, müasir ədəbiyyatı bilməklə və jurnalist fəaliyyəti ilə məşğul olmaqla bu ruha sahib çıxmaq olmaz. Bəzən, hətta, ömrü boyu klassik ədəbiyyatla məşğul olanların əsərlərində heç biz bu ruhu görmürük. Çünki onlar ömrü boyu əslində klassik ədəbiyyatla məşğul olsalar da,   ruhları, mahiyyətləri, qələmləri publisistdir. Və yaxud da, ümumiyyətlə, qələmləri yoxdur. Şükür Allaha ki, Vasif Sadıqlı klassik ədəbiyyata, onun ruhuna yaxşı bələd olan və gözəl qələmə malik araşdırıcılarımızdandır. 

İkincisi, ümumiyyətlə, Füzuli irsi ilə məşğul olmaq bu sahənin adamından araşdırıcılıq qabiliyyəti istəyir. Çünki Füzuli sözünü anlamaq üçün onu təkcə üzündən oxuya bilib, mənasını ala-yarımçıq başa düşmək kifayət etmir. Füzulini başa düşmək, ən azı, onun əsərlərinin məzmununu anlamaqdan keçir. Bu mənada Vasif ­Sadıqlının kitabının əvvəlinə və sonuna nəzər salmaq kifayət edir. Belə ki, müəllif kitabın əvvəlinə eşqlə, sufizmlə, irfanla bağlı kiçik bir giriş daxil etmiş, sonuna isə ədəbiyyat siyahısı əlavə etmişdir ki, oxucu da bu hissələrlə tanış olduqda müəllifin  bu kitabı hazırlayan zaman özünün hansı mərhələlərdən keçdiyini aydın görür. Sufizmlə tanış olan zaman müəllifin Füzuli eşqinin mahiyyətini aydınlaşdırmağa, ədəbiyyatla tanış olan zaman isə bununla bərabər, eyni zamanda, onun sözünün də mənasını düzgün izah etməyə çalışdığı görünür. Çünki Füzuli üslubu çox mürəkkəb olduğu üçün onun sözünün üst qatını da anlamaq o qədər asan məsələ deyildir. Bəlkə də Füzuliyə yanaşmaqda ən çətin məsələ elə budur. Axı, ilk növbədə, şairin nə demək istədiyini ən sadə şəkildə anlamasaq, təbii ki, onun məna qatlarının dərinliyini də aça bilmərik. Bu mənada, həqiqətən də, Vasif Sadıqlının gördüyü iş olduqca böyük və əhəmiyyətlidir. Əhəmiyyətlidir ona görə ki, onun sadələşdirilmiş mətni ilə tanış olduqda bəzən həmişə oxuduğun, hətta əzbər bildiyin Füzuli sənə başqa şəkildə görünür. Və bu “başqa şəkildə görünmə” sənin üçün Füzuli məzmununun yeni istiqamətini,  mənasını açdığına görə zövq verir. Və beləliklə, Füzuli sənin gözlərin qarşısında tam açılır. Bu baxımdan indi biz daha “Füzuli qəzəlləri mənim üçün anlaşılmazdır” deyə bilmərik. Füzulini duymaq, bilmək istəyirsənsə, buyur oxu. Əvvəl sadələşdirilmiş mətni oxu, başa düş, sonra qayıt orijinalı oxu və Füzuli sənətindən zövq al. İndi təbii ki, təkcə alimlər, füzulişünaslar deyil, füzulisevərlərin hamısı Füzuli sözünün mənasını tam şəkildə duyub, ondan zövq alacaqlar. İndi daha heç kim deyə bilməz ki, mən Füzulini oxudum, amma başa düşmədim. İndi Füzulinin hətta ən qəliz təşbehləri, istiarələri, mübaliğələri belə aydınlaşacaq. Qəliz ərəb-fars sözlərinin üstündən pərdələr götürüldükcə Füzuli bizə daha da yaxınlaşacaq və doğmalaşacaq. Füzulinin bədii təfəkkürü daha aydın görünəcək, onun mürəkkəb bədii konstruksiyaları əyaniləşəcək və biz onun nə böyüklükdə şair olduğunu bir daha görüb, onun istər Azərbaycan poeziyası və istərsə də Şərq ədəbiyyatı tarixində hansı mövqedə durduğunu bir daha anlayacağıq. 

Beləliklə, Vasif Sadıqlı çiyinlərini bu ağır işin – Azərbaycan ədəbiyyatşünaslığında bu vaxta qədər, demək olar ki, heç kəsin  görmədiyi bir işin altına vermiş və cənab ­Prezidentin Füzulinin 530 illiyi ilə bağlı verdiyi sərəncamla əlaqədar olaraq  ilin sonunda füzulişünaslığa gözəl bir hədiyyə bəxş edə bilmişdir. Lakin bu kitabda bir qədər yuxarıda qeyd etdiyimiz kimi, Vasif Sadıqlı daha bir neçə iş görmüş, kitabın əvvəlinə irfan, sufizimlə bağlı “Ağıl-eşq “qarşıdurması” barədə bir neçə kəlmə” (Ön söz əvəzi)”  adlı kiçik bir ön söz əlavə etmişdir. Doğrudur, sufizim, irfan haqqında olan bu ön soz bu vaxta qədər yazılanlardan bir o qədər fərqlənməsə də, əslində, yığcamlığına görə və bu yığcamlığın içərisində verdiyi məlumatın dəyərinə görə fərqlənir. Belə ki, biz bu ön sozdən aldığımız elmi, dəqiq məlumatları  bəlkə də böyük-böyük məqalələrdən ala bilmirik. Digər tərəfdən, Vasif Sadıqlı kitabın əvvəlinə Füzulinin türkcə – Azərbaycanca Divanının mənim tərəfimdən sadələşdirilmiş dibaçəsinin mətnini də daxil etdiyi üçün kitab daha dolğun görünür. Çünki Dibaçənin, sadəcə olaraq, mənim tərəfimdən sadələşdirildiyinə görə yox, ümumiyyətlə, Füzulinin türkcə Divanının ayrılmaz tərkib hissəsi olduğuna görə, təbii ki, onun da bu kitaba daxil olunması olduqca zəruri idi. Və Vasif Sadıqlının gördüyü müsbət işlərdən biri də budur ki, o, bu zərurəti görmüş və Füzuli Divanının onun Dibaçəsindən ayrı olmayacağı kimi düzgün bir qərara gəlmişdir. 

İndi söz hörmətli oxucularındır. Buyurun, bu da Füzuli sözünün sadəsi. Oxuyun və Füzulini daha dərindən anlayın. 

Tərlan Quliyev, 
filologiya elmləri doktoru,  professor 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see216

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see178

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see137

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri