Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq. "...Bir gün günəş olacaqsan, ulduzlar ətrafında parlayacaq" "Adam böyüyəndə belə olur.
Bu zaman adam ürəyi ilə danışır və görür. Bunun adı "düşünməkdir".
"Şəkər portağalı"nın Zezesinin təsvir etdiyi bu "sehrli" vəziyyəti daha çox özümüzə hesabat verdiyimiz anlarda dərindən dərk edirik.
Bu dəfə bir ili təsvir edəcək yazımın istiqamətini təsadüfən eşidib "ürəyimdə oxuduğum mahnıya" çevrilən ifa dəyişdi: "O tren dönmeyecek bunu ben de biliyorum, Zeze".
Mahnıda eşitdiyim bu misralar mənə uşaq ədəbiyyatı sayılsa da, böyükləri saysız düşüncələrə qərq edən "Şəkər portağalı"nı xatırlatdı.
İl içində baş verənləri il sonundan əvvəlinə gedərək Zezenin gözü ilə xatırlamaq üçün. "Hamı dünyaya lazım olduğu kimi gəlir".
İl sonunda baş vermiş təyyarə qəzasının bizə göstərdiyi kimi, bəzilərimiz qəhrəman olmaq üçün doğuluruq. Həm də səma qəhrəmanı olmaq üçün...
"Nəyi gözləyirik, Zeze? - Səmadan gözəl buludun keçməsini". Bizim qəhrəmanlarımız isə qara buludların içindən keçərək səmadakı buludların gü