Icma.az
close
up
RU
“Gah sevinc tapır, gah da ki qəmə düşür”

“Gah sevinc tapır, gah da ki qəmə düşür”

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

"...Bir gün günəş olacaqsan, ulduzlar ətrafında parlayacaq"

"Adam böyüyəndə belə olur. Bu zaman adam ürəyi ilə danışır və görür. Bunun adı "düşünməkdir".

"Şəkər portağalı"nın Zezesinin təsvir etdiyi bu "sehrli" vəziyyəti daha çox özümüzə hesabat verdiyimiz anlarda dərindən dərk edirik. Bu dəfə bir ili təsvir edəcək yazımın istiqamətini təsadüfən eşidib "ürəyimdə oxuduğum mahnıya" çevrilən ifa dəyişdi:

"O tren dönmeyecek bunu ben de biliyorum, Zeze". Mahnıda eşitdiyim bu misralar mənə uşaq ədəbiyyatı sayılsa da, böyükləri saysız düşüncələrə qərq edən "Şəkər portağalı"nı xatırlatdı. İl içində baş verənləri il sonundan əvvəlinə gedərək Zezenin gözü ilə xatırlamaq üçün.

"Hamı dünyaya lazım olduğu kimi gəlir". İl sonunda baş vermiş təyyarə qəzasının bizə göstərdiyi kimi, bəzilərimiz qəhrəman olmaq üçün doğuluruq. Həm də səma qəhrəmanı olmaq üçün...

"Nəyi gözləyirik, Zeze? - Səmadan gözəl buludun keçməsini".

Bizim qəhrəmanlarımız isə qara buludların içindən keçərək səmadakı buludların günəşi oldular. İlin əvvəlində isə bu təsvirləri yazan ona hisləri ilə yazmağa ilham verən qəhrəmanını itirdi. Zezenin dediklərini ürəyinin dərinliyində hiss edərək: "İndi ağrının nə olduğunu həqiqətən anlayırdım. Ayağını  bir şüşə parçası ilə kəsmək və əczaxanada tikiş qoymaq ağrı deyildi. Ağrı o idi ki, sancıdan ürəyin partlayır".

Ancaq onun qəhrəmanı və Zezenin dünyasından gələn səslər bütün ağrılara rəğmən, nə vaxtsa "Şəkər portağalı" cücərtmək üçün ona güc verdi: "...Bir gün günəş olacaqsan, ulduzlar ətrafında parlayacaq".

İndi isə yola bir neçə sətirlik Zezenin dünyasından ayrılıb "ürəkdə oxunan" başqa misralarla davam edək: "O, hər gün axtarır, hər gün döyüşür".

Cabir Novruzun bu sətirləri həm Zezenin, həm də bizim dünyanın gerçəkliyini əks etdirir. Həyatımız boyu "Gah sevinc tapır, gah da qəmə düşürük". Elə Zeze kimi: "Sənin yanında ikən heç kim məni danlamır,  hiss edirəm ki, günəş ürəyimə xoşbəxtlik gətirir".

Və  yeni ildə ən azından bir nəfərin belə olsa, sualımıza cavabda bu xitabı bizə ürəkdən deməsi də bizə sevinc gətirər bəlkə:

"Ən çox nə istəyərsən?

 –Səni, Portuqa"

Sonluğu isə qarışımıza çıxan çətinliklərdə bizə dəstək ola biləcək Zezenin dünyasından gələn arzularla tamamlayıram: "Bax, səni həmişə belə görmək istəyirəm. Beynində hörümçək torları ilə deyil, şirin xəyallarla yaşa!".

Müəllif: Günel Natiqqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://ayna.az
archiveBu xəbər 31 Dekabr 2024 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri