Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncə Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr edilimiş “Vətənin müdafiəsinə hazıram” adlı idman turnirinin açılışı olub.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində universitetin rektoru Yusif Yusibov çıxış edərək bildirib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir.
Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti ilə əldə edilən böyük Qələbə dövlətimizin ərazi suverenliyini tam bərpa etməklə yanaşı, dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradıb.
Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır.
Rektor dövlətimiz tərəfindən idmana və idmançılarımıza göstərilən qayğıdan danışıb, eləcə də universitetin idman sahəsində əldə olunan uğurlarından bəhs edib.