Icma.az
close
up
RU
GDU da idman turnirinin açılışı FOTO

GDU da idman turnirinin açılışı FOTO

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr edilimiş “Vətənin müdafiəsinə hazıram” adlı idman turnirinin açılışı olub.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsində universitetin rektoru Yusif Yusibov çıxış edərək bildirib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti ilə əldə edilən böyük Qələbə dövlətimizin ərazi suverenliyini tam bərpa etməklə yanaşı, dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradıb. Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır. Rektor dövlətimiz tərəfindən idmana və idmançılarımıza göstərilən qayğıdan danışıb, eləcə də universitetin idman sahəsində əldə olunan uğurlarından bəhs edib. Bildirib ki, Gəncə Dövlət Universitetində idman yarışlarının keçirilməsi, xüsusən tələbələrin yerli və beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazanmaları gənc nəslin vətənpərvərlik ruhunu daha da yüksəldir. Bu isə  gənclərin sağlam ruhda tərbiyəsində, idmanın kütləviləşməsində mühüm rol oynayır.

Millət vəkili, Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik ili”nin elan olunmasının əhəmiyyətindən və dövlətçiliyimizin hüquqi əsaslarının formalaşmasında Konstitusiyanın rolundan bəhs edib. Qeyd edib ki, 12 noyabr 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirərək hüquqi demokratik dövlət quruculuğunun əsasını qoydu. Bununla da hüquqi və dünyəvi dövlətin əsasları formalaşdırıldı. Millət vəkili Pərvin Kərimzadə çıxışında universitetdə mütəmadi olaraq idman yarışlarının keçirilməsinə göstərdiyi dəstəyə görə rektor Yusif Yusibova təşəkkürünü bildirib.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev gənc nəslin təlim-tərbiyəsində və idmana marağın artırılmasında belə yarışların əhəmiyyətindən  bəhs edib.

Gəncə Dövlət Universitetinin İdman Klubunun sədri Xaqani Umudov və Tələbə Gənclər Təşkilatının sədri İsrafil Abbasov Dövlət gənclər siyasətində tələbələrin yerindən və rolundan danışıblar.

Tədbirin davamında GDU-nun İdman klubunun idmançıları ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar ediblər.

Bədii hissədə Pedaqoji fakültənin Musiqi müəllimliyi ixtisasının tələbələri vətənpərvərliyə aid mahnılar oxuyublar.

Bildirək ki, Gəncə Dövlət Universitetinin İdman Klubu, Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan idman turniri şahmat, voleybol, dama, futbol, stolüstü tennis və güllə atıcılığı üzrə keçirilir. İdman turniri bir ay davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Dekabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri